Əllərdə soyuqluq

Əllərdə soyuqluq

Soyuq hava şəraitində əllərin və bədənin açıq sahələrinin üşüməsi təbiidir. Məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində yaranan soyuq əl hissi havanın temperaturundan asılı olmur. Səbəblər müxtəlifdir:

Reyno sindiromu – barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır, krizis vaxtı barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıdanda isə əllər qızarır.

Autoimmun xəxtəliklər –  qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. kimi xəstəliklər qrupudur. Əsas xəstəlik vaxtında müalicə olunanda əl üşüməsi əlamətləridə zəifləyər.

Hipotireoz – qalxanvari vəzi orqanizmin “termostatı” hesab edənlər haqlıdırlar. Onun funksiyası zəifləyəndə orqanizmdə bütövlükdə mübadilə pozulması baş verdiyi üçün piylənmə, qəbizlik, halsızlıq və üşümə əlamətləri baş verir.

Anemiya – qanda hər hansı səbəbdən yaranan dəmir çatışmazlığı nəticəsində qanın oksigenlə təchizatı pozulur və baş ağrları ümumi zəiflik, başgicəllənməsi, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin, xüsusən də əllərin soyuması baş verir.

B12 vitamini çatışmazlığı – B12 ən çox ət, toyuq, yumurta və süd məhsullarında olur, qanda hemoqlobinin miqdarına cavabdehlik daşıyır. Vegetarianlarda, 50 yaşdan yuxarı olanlarda, Kron xəstəliyi zamanı rast gəlinir. Həmin vitaminə olan tələbatı ödəməklə problemi həll etmək olur.

Qan təzyiqinin aşağı olması – hipotoniya zamanı qan daxili orqanların işini təmin etmək üçün səfərbər olur, bu da öz növbəsində ətrafların qanla təchizatını zəiflədir. Hipotoniyanın bir çox səbəbləri var: qanaxma, bədənin susuzlaşması, sidikqovucuların və başqa dərman preparatlarının qəbulu, endokrin xəstəlikləri və s. Ətrafların soyumasından başqa ürəkbulanma və ümümi halsızlıq kimi simptomlar müşahidə olunanda mütləq həkimlə məsləhətləşmək lazımdır.

Stress və həyəcan –  xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyinə görə əl və yuxarı ayaqlar soyuyur. Stress və həyəcanı aradan qaldırmaq üçün Nat Sedativ kapsul qəbul etməyiniz məsləhətdir.

Dərman pereparatları – bəzi dərmanlar, məsələn, beta-blokatorlar, miqren əleyhinə preparatlar və s. damarları, xüsusən də arteriyaları daraltmaqla əllərin soyumasına səbəb olur.

Siqaret çəkmə – nikotinin damardaraldıcı təsiri nəticəsində ətrafların qanla təchizatının zəifləməsi, əllərin soyumasına aparan səbəblərdən biridir.

 

http://fizulihuseynov.com/