Yemişan

Yemişan

Yemişan hələ qədim zamanlardan bəri istifadə edilən və bir dərman qədər müalicəvi təsirə malik olan çox faydalı bitkidir. Yemişanın çiçək, meyvə və yarpaqları şəfa ilə doludur. Çox faydalı olan bu bitkinin meyvəsi tikanlı gövdəsi və budaqları olan bir ağacda bitir. Tərkibindəki faydalı maddələr səbəbi ilə bədəndəki bir çox xəstəliyin aradan qaldırılması və orqanizmin qorunmasında istifadə olunur. Meyvələri adətən oktyabr ayında yetişir. Gündəlik həyatda bir sıra problemləri aradan qaldırmaqla yanaşı ciddi xəstəliklərin müalicəsinə də çox müsbət təsir göstərir.

Yemişan meyvəsi antioksidant xüsusiyyətlərə malik maddələr ilə zəngindir. Meyvələr yetişəndə ​​sarımtıl-qırmızı və ya tünd bənövşəyi rəngə çevrilir. Yumru bir görünüşə sahib olan yemişan bəzən bəzək bitkisi kimi istifadə olunur. Ölkəmizdə qayalı və daşlı yerlərdə, kolluqlarda, dərələrə baxan yamaclarda, dağlıq mühitdə və ya meşələrdə bitir.
Yemişan, xüsusilə ürək üçün faydalıdır. Ürək-damar sisteminin funksiyalarını normallaşdırır, sinir impulslarının ötürücülüyünü tənzimləməsi səbəbindən ürək fəaliyyətini normallaşdırır. Ürəkdə qan axını və oksigenin artmasına kömək edir. Qan damarlarının divarlarını gücləndirir. Ürək ritminin pozulması, ağır yoluxucu xəstəliklər, ürək çatışmazlığı, əzələ zəifliyi, yüksək qan təzyiqi və infarktdan sonrakı kardiosklerozun qarşısını almaq üçün çox faydalıdır. Ürək xəstəliklərinin sağalma prosesini xeyli sürətləndirir və ritm pozulmasını aradan qaldırır. C vitamini ilə çox zəngindir. Yaddaşı gücləndirir.

Ağır infeksion xəstəliklərdən sonra ürək əzələlərinin zədələnməsinin qarşısını alır və ürək çatışmazlığı əlamətlərini aradan qaldırır.
Arterial hipertenziya zamanı yüksək olan qan təzyiqini aşağı salır, ateroskleroz nəticəsində damar divarlarının daxili səthində əmələ gəlmiş düyünlərin və qalınlaşmanın bərpasında, damar divarının elastkliyinin saxlanmasında iştirak edir. Ürək infarktı riskini minimuma endirir. Orqanizmdə toplanan mayelərin çıxarılmasına, yəni ödemin aradan qaldırılmasına kömək edir.
Sinir problemlərini azaltmaqda faydalı olduğu üçün antidepressant kimi də istifadə olunur.

Yemişan meyvəsinin ürəyə xeyri

İshal problemini aradan qaldırır. Ancaq həddindən artıq qəbul edildikdə qəbizliyə səbəb ola bilər. Xüsusilə infarkt keçirmiş insanlar bu meyvəni yeyirlərsə, ürəyi gücləndirir. Qusmanı dayandırır və mədə işini tənzimləyir. Miqren və baş ağrısı üçün yüksək effektə malikdir. Damarların trombla tutulmasının qarşısını alan təsirli bir meyvədir.
Yemişan ağacının yarpaqları dəmlənir və çay şəklində istehlak olunur. Yemişan yarpağının istifadəsi damar və ürək xəstəlikləri olan insanlar üçün çox faydalıdır. Tıxanan damarları açmaq üçün istifadə edilən bir müalicə üsuludur.
Yemişan meyvəsinin toxumlarından ürək çatışmazlığı, ürək ritminin pozulması, ürək əzələlərinin xəstəlikləri, yüksək təzyiq və aterosklerozun müalicəsində istifadə olunur.
Ürək əzələlərini gücləndirməkdə və ürək damarlarında qan dövranını artırmaqda əvəzsizdir. Eyni zamanda yemişan sirkəsinin də damarları genişləndirən bir xüsusiyyəti var. Yemişan meyvə və yarpaqlarının uzunmüddətli istifadəsi arterial təzyiqin enməsinə, əsəblərin sakitləşməsinə və yuxunun tənzimlənməsinə müsbət təsir göstərir.

https://fizulihuseynov.com/

https://herba-flora.com