Xolesistit nədir

Xolesistit nədir

Öd kisəsi qarın boşluğunun sağ tərəfində qaraciyərin altında yerləşən armudvari kiçik bir orqandır. Qaraciyərdən ifraz olunan öd, öd kisəsində toplanır və onikibarmaq bağırsağa hissə-hissə buraxılaraq həzmdə iştirak edir. Öd kisəsinin iltihabına xolesistit deyilir. Uzun illər davam edən öd durğunluğu öd daşlarının əmələ gəlməsinə səbəb olur. Öd kisəsindən ödün onikibarmaq bağırsağa axıb tökülməsini təmin edən kanalı bəzən öd daşları bağlayır ki, bu da xolesistitə səbəb ola bilər. Xolesistitin digər səbəbləri arasında öd yolları problemləri, şişlər, ciddi xəstəliklər və müəyyən infeksiyalar var. Yaş və çəki artdıqca xolesistit riski artır və kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Öd kisəsinin işi öd adlanan həzm şirələrini özündə saxlamaqdır. Qidalanma zamanı mədədən onikibarmaq bağırsağa qida kütlələrinin ötürülməsinə uyğun olaraq öd kisəsi də yığılaraq kiçik hissələrlə onikibarmaq bağırsağa öd buraxır. Orqanizmin yağları parçalamaq üçün ödə ehtiyacı var. Ancaq nazik bağırsağa gedən yol müxtəlif səbəblərdən bağlanarsa, öd durğunluğu yaranır, bu da öd kisəsinin qıcıqlanmasına və onun iltihabına səbəb ola bilər. Xolesistitin ən çox rast gəlinən simptomları ürəkbulanma və qusmadır. Xolesistitə xas olan simptomlara görə onu digər xəstəliklər ilə qarışdırmaq mümkündür.

Xolesistitin növləri

Ümumiyyətlə xolesistitin daşlı və daşsız olmaqla iki növü vardır.

Öd daşları: Öd daşı müxtəlif səbəblərdən orqanizmdə maddələr mübadiləsinin pozulması, soyuqdəymə və iltihablaşma nəticəsində öd kisəsində durğunluğun yaranmasından əlavə duzların üst-üstə çökərək orada əmələ gələn sərt hissəciklərin nəticəsidir. Öd daşları öd kisəsini tərk etdikdə, ödün keçdiyi kanalı bağlaya bilər. Bu da öz növbəsində, iltihabın yaranmasına səbəb olur.

Şiş: Yeni yaranan bir şiş ödün öd kisəsindən düzgün axmasına mane olmaqla xolesistitə səbəb ola bilər. Daşlı xolesistitin ən çox icra olunan müalicə üsulu öd kisəsinin çıxarılmasıdır.Gedişatına görə xolesistitin kəskin və xroniki formaları da vardır. Əgər xolesistit birdən, kəskin əlamətlərlə baş verirsə bu kəskin xolesistit adlanır. Uzun müddət davam edib ara-sıra qayıdırsa bu xroniki xolesistit adlanır.

Əgər ödün onikibarmaq bağırsağa axmasının çətinləşməsi nəticəsində durğunluq yaranarsa və öd, öd kisəsində ləngiyərsə, həmçinin sağ epiqastral nahiyədə kəskin ağrılar, ürəkbulanma, qusma, qaşınma və s. simptomların da olması o deməkdir ki, öd kisəsi iltihablaşmışdur. Öd kisəsi iltihabı (xolesistit) adətən yeməkdən sonra və xüsusən də böyük və yağlı yeməkdən sonra görünür. Bu simptom qarının yuxarı sağ və ya orta hissəsində şiddətli və ani ağrılar, sağ çiyin və ya kürəyə yayılan ağrılar, toxunduqda qarın nahiyəsində həssaslıq, ürəkbulanma, qusma, qızdırma, şişlik, dəri və gözlərin saralması kimi əlamətlərlə özünü göstərir. Xolesistit müalicə olunmazsa, öd kisəsi toxumasının tonusdan düşməsinə səbəb olur öd kisəsinin yırtılmasına gətirib çıxara bilər. Bu da yaşlılar, ahıllar və diabet xəstələri arasında ən çox rast gəlinən ağırlaşmadır. Öd kisəsindəki yırtıq öd kisəsinin şişməsi, infeksiya və ya toxumanın nekrozu nəticəsində yaranır.

Xolesistitin müalicəsi

Xolesistitin meydana gəlməsinin qarşısını almaq üçün tədricən arıqlamaq vacibdir, çünki sürətli çəki itirmək öd kisəsində daş əmələ gəlmə riskini artıra bilər. İdeal və sağlam çəkini qorumaq şərtdir. Artıq çəki öd daşı əmələ gəlmə riskini artırır. Sağlam çəkiyə çatmaq üçün alınan kalorinin miqdarını azaltmaq və fiziki fəaliyyətləri artırmaq lazımdır. Sağlam pəhriz proqramı seçmək çox faydalıdır. Riski azaltmaq üçün meyvə, tərəvəz və tam dənli bitkilərlə zəngin bir pəhriz proqramı seçmək düzgün olardı. Daşlı xolesistitin müalicəsində Hepartea çayından istifadə etmək məsləhətdir. Hepartea çayı güclü hepatoprotektor bitkilərlə zəngindir. Teaxolin çayı isə daşsız xolesistitin müalicəsində effektlidir. Teaxolin çayı boymadərən və solmazçiçəyi kimi ödqovucularla zəngindir. Öd kisəsi iltihabının(xolesistit) uzun müddət davam etməsi və ya iltihab nəticəsində təkrarlanan simptomların yaranması onun xroniki xolesistitə çevrilməsinə gətirib çıxarır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkimə düzgün məlumat vermək vacibdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com