Piylənmə xəstəliyi dövrümüzün çox ciddi problemlərindən biridir. Bu xəstəliyin etiologiyası çox müxtəlif olduğu kimi müalicəsi də xüsusi diqqət, özünə qarşı tələbkarlıq və iradə tələb edir. Piylənmə xəstəliyinin əsas simptomu bədəndə həddindən artıq yağ toxumasının yığılmasıdır. Bununla birlikdə, meydana gələn artıq çəki bəzi sağlamlıq problemlərini də əmələ gətirir. Piylənmə səbəbindən ortaya çıxan problem və simptomlara aşağıdakılar daxildir.
Həddindən çox tərləmə, nəfəs darlığı, yuxu apnoesi, dəri problemləri, bel və oynaq ağrıları, hərəkətin çətinləşməsi və s. Piylənmə xəstəliyi beyin infarktı, baş beyinin hemorragik insultu, ürək infarktı, ateroskleroz, aterosklerotik kardioskleroz, serebral ateroskleroz və arterial hipertenziya kimi ciddi patologiyaların yaranmasına əsaslı zəmin yaradan bir problemdir. Bunlarla bərabər, həm psixoloji pozğunluqlar, həm də özünə hörmətin azalması müşahidə olunur. Bütün bunları nəzərə alaraq, piylənmə xəstəliyinə qarşı müalicə almaq və artıq çəkini atmaq kimi vacib tədbirlərin görülməsi mütləqdir. Sadaladığımız bu problemlərin baş verməsinin qarşısını almaq və yarana biləcək xroniki xəstəliklərə mane olmaq üçün artıq çəki problemi olan şəxslər arıqlamalı və kökəlmə ölçüsünə çatmadan ideal çəkilərini qoruyub saxlamalıdırlar. Qidalanmaya nəzarət edərək ideal çəkini qoruyub saxlamaq daha asandır, nəinki artıq çəki topladıqdan sonra onu atmağa çalışmaq. Artıq çəki atmaq istəyənlər bilməlidirlər ki, kalorili qidalardan tam da imtina etmək olmaz, sadəcə hər qidadan az miqdarda qəbul etmək vacibdir.
Piylənmə zamanı qidalanma
Səhər yeməyi:
1. 2 stəkan limonlu su
2. 2 ədəd qaynadılmış yumurtanın ağı
3. 2 yemək qaşığı kəsmik və ya pendir yaxud suda bişmiş yağsız yulaf sıyığı
(şəkər əvəzinə sıyığa kişmiş, meyvə qurusu və ya bal əlavə etməli)
Meyvəni saat 12:00-dək yeməli
Saat 12:00-da Antixol çayı (2 filtr-bağlama + 200 ml su)
Günorta yeməyi:
1. 1 stəkan limonlu su
2. 1 kasa pərpərən salatı yaxud digər tərəvəz salatı (1 çay qaşığı alma sirkəsi
ilə)
3. Qarnir (yağsız, duzsuz qarabaşaq yaxud yarma) + sobada bişmiş kotlet (mal, toyuq, balıq əti).
Kotlet hazırlanır: 1 ədəd qabaq + 2 dilim sarımsaq + 2 yumurta + ət.
Kotlet əvəzinə 2 ədəd 100 qr-lıq langet də (mal əti, yaxud toyuq ətinin döş hissəsi kəklikotu ilə) istifadə oluna bilər.
Saat 15:00-da Antixol çayı (2 filtr-bağlama + 200 ml su) quru meyvə ilə
Saat 18:00-da Antixol çayı.
Axşam yeməyi:
1. 2 səkan su
2.100 qram sobada bişmiş kəklikotulu toyuğun döş əti
3. 1 kasa kələm salatı (1 çay qaşığı alma sirkəsi ilə)
Qəbulu məsləhətdir:
Lif miqdarı yüksək olan qidalar: ispanaq (pəhrizə daxil olan digər tərəvəz salatları ilə əvəz etmək üçün) yulaf, mərci, kələm.
Məhdudlaşdırılır: yağlı, duzlu qidalar. Qızardılmış qidalar, şirniyyat qadağandır!(sobada yaxud buxarda bişmiş qidalarla əvəz etməli).
Şəkər əvəzinə sutkada 3 çay qaşığı bal, yaxud meyvə qurusu, xurma qurusu istisna olmaqla (alma, qara gavalı, ərik, ananas, yemiş) istifadə etmək olar.
Qəbizlikdən əziyyət çəkən insanlar Antixol çayı (2 filtr-bağlama) + Zərif ərik yaxud Zərif nanə (1 filtr-bağlama) 10 gün qəbul etməli, gündə 1 dəfə.
Növbəti 10 gün: Antixol (2 filtr-bağlama) + kətan toxumu (1 xörək qaşığı) gündə 1 dəfə.
Antixol ilə müalicə kursu 45 gündür.10 gün sonra təkrar etmək olar.