Pika sindromu.

Mündəricat

Pika sindromu.

Geofagiya və ya pika sindromu – torpaq, qum, gil, saç, sabun və ya digər qida məhsulu olmayan maddələri yemək istəyi ilə xarakterizə olunan davranış pozğunluğudur.

Səbəbləri

Sindromun psixoloji pozulmadan qaynaqlanmasını xəstələrin həyəcan və narahatlıq zamanı qidalanmaq üçün yararsız maddələri yeməklə rahatlıq tapması təsdiq edir. Tibbi araşdırmalar nəticəsində məlum olub ki, geofagiya orqanizmdə kalsium, dəmir, mis və sink kimi maddələrin çatışmazlığı nəticəsində yaranır. Xəstələr orqanizmdəki çatışmazlığı suvaq, sabun və torpaqla yanaşı, kağız, ip, pozan, pambıq, porolon və sadə karandaşın qrafitini yeməklə doldurmağa çalışırlar. Uşağın sevgi və qayğıdan uzaq düşməsi, ona olan inam hissinin lazımi dərəcədə inkişaf etməməsi də həmin anormal halın yaranmasına səbəb olur. Hamilə qadınlarda həmin halın yaranması ağır qanazlığı nəticəsində yaranır.

Təhlükə

Xəstələrin mütəmadi olaraq həzm üçün yararsız olan maddələri yeməsi mədə-bağırsaq siteminin selikli qişasının zədələnməsi, qastrit və mədə xorasının yaranması ilə nəticələnir. Stomatitlər, kariyesli dişlər və anginalar bakteriyalarla çirklənmiş substratların yeyilməsi nəticəsində inkişaf edir. Çox vaxt bağırsaq parazitlərinə yoluxma halları müşahidə olunur. Bundan əlavə yeyilən maddələrin tərkibində civə və qurğuşun kimi ağır metal duzlar olanda zəhərlənməyə və hətta ölümə səbəb olur.

Müalicəsi

Pika sindromunu müalicə etmək üçün əvvəlcə onun səbəbi dəqiqləşdirilməli və uyğun müalicə seçilməlidir. Sindromun yaranmasının əsas səbəbi orqanizmdə makro- və mikroelementlərin çatışmamazlığı olduqda onu vitamin preparatları və təbii yollarla bərpa etməkdən başlamaq lazımdır. Mövsümə uyğun meyvə və tərəvəzlərin yeyilməsi, təbii meyvə şirələrinin içilməsi, Şəfa şərbəti kimi vitamin və mineral komplekslərinin qəbul olunması çatışmamazlığı bərpa etməyə kömək edə bilər. Dəmir çatışmazlığı aşkar olunanda xəstə mütləq rasionunda qaraciyər, qırmızı ət, qarabaşaq yarması, yumurta, lobya və bulqur kimi ərzaqlar artırmalıdır.
Xəstəliyin yaranmasında psixoloji səbəblər üstünlük təşkil edəndə mütləq həmin sahə üzrə həkim tərəfindən müalicə lazımdır. Əsəb gərginliyini və həssaslığı təbii yolla müalicə etmək üçün Sedativ çay, Nevronat şətbəti və Nat Sedativ kapsulu qəbul oluna bilər. Xəstənin yediyi maddələrə fərqli yanaşmaq və məna vermək də təsirli ola bilər. Məsələn, kağız yeyən uşağı təsviri incəsənət və rəsmə meyilləndirmək, gil yeyən xəstəni isə heykəltəraşlığa həvəsləndirmək daha yaxşı olar.

herba-flora.com

https://herba-flora.comshop/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.