Kişilərdə cinsi zəiflik.

Mündəricat

Prostat vəz.

Prostat vəz kişi orqanizminə məxsus ən vacib orqandır. Bu vəz kişilərin cinsi fəaliyyətinin aparıcı üzvlərindən biridir. 11-12 yaşlı oğlan uşaqlarında prostat vəz inkişaf etməyə başlayır. 16-18 yaşlarında inkişafını başa çatdıraraq normal cinsi fəaliyyətdə vacib rol oynayır. Kişi cinsi hüceyrəsi olan spermatozoidlərin normal fəaliyyət göstərməsi üçün prostat vəz şirəsinin mühiti(Ph) və miqdarının normal olması çox böyük əhəmiyyətə malikdir.

Müxtəlif xəstəliklər səbəbindən şirənin miqdarı mühiti və keyfiyyəti dəyişə bilir. 40-50 yaşlarında kişilərin təqribən 20 faizində 60-70 yaşlarında olan kişilərin isə təqribən 50 faizində cinsi akt tam ıtir və ya zəifləyir. Bu rəqəmləri artırmaq da olar. Çünki kişilərin heç də hamısı cinsi fəaliyyətlərində baş vermiş problemlər barəsində vaxtında həkimə müraciət etmirlər.

Xarici ölkələrə nisbətən bizim ölkəmizdə buna daha çox rast gəlinir. Əslində cinsi aktın keyfiyyəti və sayı yaşın artması ilə tərs mütənasibdir. Sağlam və normal cinsi fəaliyyətdə olan kişilərdə yaş artdıqca cinsi aktın zəifləməsi ilə yanaşı cinsi orqanların o cümlədən prostat vəzin bir sıra xəstəlikləri də cinsi aktın müəyyən dərəcədə pozulmasına gətirib çıxarır. Bu xəstəliklərə

  • cinsi yolla keçən infeksion xəstəliklər
  • cinsi hormonların sintezinin pozulması
  • prostat vəzin adenoması və prostat vəzin kəskin və xroniki iltihabı

kimi patalogiyalar aiddir. Cinsi zəiflik cinsi aktın kişinin yaşına uyğun keyfiyyətdə və sayda olmamasıdır ki bu da onların həyat tərzinə iş fəaliyyətinə və emosional sferalarına mənfi təsir göstərir. Cinsi zəiflik sidik-cinsiyyət orqanlarının qan dövranının pozulmasının da nəticəsi kimi büruzə verə bilir.

Ümumiyyətlə onurğa xəstəlikləri endokrinoloji xəstəliklər depresiyalar bir sıra dərman qəbulu qorxu həyəcan və stress kimi hallar da cinsi fəaliyyətin zəifləməsinə gətirib çıxarır. Yaşlılardan fərqli olaraq gənclərdə cinsi zəiflik cinsi aktın seyrəkliyi, təcrübənin az olması, cinsi aktın alınmayacağınnan dolayı qorxu həyəcan stress və utancaqlıq kimi problemlərdən də qaynaqlanır. Yaşlılarda Prostat vəzin xroniki iltihabı və adenoması tez-tez rast gəlinən xəstəliklərdəndir.

Prostat vəz hüceyrələrinin böyüməsi alfa 5-reduktaza fermentinin iştirakı ilə testosteronun dihidrotestosterona çevrilməsi nəticəsində baş verir ki bu da vəzin ümumi özünün ölçülərinin böyüməsinə gətirib çıxarır.

Sidik kanalı.

Sidik kanalı prostat vəzin mərkəzinnən keçdiyi üçün vəzin adenoması zamanı sidik kanalı sıxıldığına görə sidik ifrazı nəzərə çarpacaq dərəcədə pozulur. Xəstələrdə kiçik çanaqda ağrı gecələr tez-tez sidik ifrazı istəyi sidik kisəsinin tam boşalmaması qalıq sidik hissiyatı damcı-damcı sidik ifrazı və s. kimi simptomlar meydana çıxır. Cinsi istəyin azalması və cinsi aktın zəifləməsi də prostat vəz xəstəliklərinin əsas əlamətlərindəndir.

Bir sıra dərmanlar o cümlədən prostat vəzin adenomasının müalicəsində istifadə olunan dərmanlar da cinsi fəaliyyəti zəiflədə bilər. Hazırda prostat vəzin təbii üsullarla müalicəsindən geniş istifadə olunur. Təbii müaalicə məqsədi ilə cırtdan palma meyvəsi istifadəsinin əhəmiyyətini xüsusi vurğulamaq olar. Prostat vəz adenoması və cinsi zəiflik kimi problemləri vaxtında həkimə müraciət etməklə tez və asan həll etmək olar.

http://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.