HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Endometrioz nədir və əsas simptomları hansılardır?

Mündəricat

Endometrioz nədir?

Endometrioz – uşaqlıq boşluğunun selikli qişanı əhatə edən və onun hüdudlarından kənara yayıla bilən bir xəstəlikdir. Xəstəlik menstruasiya zamanı və bəzən sikl arasında şiddətli qarın ağrısı ilə xarakterizə olunur. Endometrioza bütün dünyada reproduktiv yaşda olan qızların və qadınların təxminən 10%-də rast gəlinir. Xəstəliyin zirvəsi orta hesabla 25-29 yaş arasında baş verir. 45 yaşdan yuxarı qadınlarda endometrioz çox nadir hallarda inkişaf edir.

Endometriumun xüsusiyyəti ondan ibarətdir ki, ayda bir dəfə tamamilə yenilənir. Cinsi hormonların təsiri altında uşaqlığın divarlarından ayrılır və qan ilə birlikdə uşaqlıq yolundan xaric olur. Endometrioz yumurtalıqlara yayılarsa, kistlər əmələ gətirir ki, buna endometrioid kistlər deyilir.

Endometrioz xəstəliyinin növləri

  1. Genital endometrioz – xəstəlik cinsiyyət orqanları özü ilə əlaqədar olur.
  2. Ekstragenital endometrioz – xəstəlik digər orqanları zədələyir.

Endometrioz asimptomatik, yəni əlamətsiz ola bilər. Bu vəziyyətdə qadını heç bir şey narahat etmir, ancaq hamiləliyin baş verməsi ilə bağlı problemlər meydana çıxır. Adətən patoloji sonsuzluğun səbəblərinin diaqnostikası zamanı aşkar edilir.

Endometriozun əsas simptomları

  • qarının aşağı nahiyəsində xroniki ağrı
  • aybaşı zamanı ağrının şiddətlənməsi və axıntı
  • cinsi əlaqə zamanı ağrı
  • aybaşı arası dövrdə qanlı vaginal axıntı
  • bağırsaqlarda ağrı, aybaşı zamanı bağırsaq funksiyasının pozulması (qəbizlik və ya ishal)
  • aybaşı zamanı sidik ifrazının ağrılı olması
  • aybaşı pozulmaları

Qarının aşağı nahiyəsində olan ağrılar endometriozun ən çox görülən simptomudur.
Endometrioz qadın sonsuzluğunun ümumi səbəbi hesab olunur. Yüngül və orta dərəcəli formalarda xəstəlik reproduktiv funksiyanın müvəqqəti pozulmasına səbəb ola bilər. Bu hal adətən cərrahi müalicənin köməyi ilə bərpa olunur.
Endometriozun nəsilartırmaya təsir mexanizmi tam başa düşülməmişdir, güman edilir ki, endometriotik kistlər follikulun partlamasına və yumurtahüceyrənin fallop borusundan keçməsinə mane olur.
Endometrioz bağırsaqların və sidik sisteminin patologiyasına da səbəb ola bilər.

Endometriozun müalicəsi

Endometrioz xroniki bir xəstəlik hesab olunur. Onu tamamilə müalicə etmək mümkün deyil, lakin dərman qəbulu və cərrahi müdaxilə ilə patologiyanın əlamətləri aradan qaldırıla bilər. İlk təyin olunan ağrıkəsicilər ağrıları aradan qaldırmağa kömək etmirsə, progesteron tərkibli hormonal dərmanlar və progestogenlər təyin olunur. Onlar endometriumun qalınlaşmasını azaltmağa və bitişmələrin qarşısını almağa kömək edir.

Laparoskopiya qızıl standart olaraq endometriozun müalicəsində ən təsirli üsuldur. Bu, həkimin qarın divarındakı üç kiçik dəlik vasitəsilə qarın və çanaq boşluğuna daxil olduğu minimal invaziv cərrahi əməliyyatdır. Əməliyyat kəsikləri tez sağalır və əhəmiyyətli kosmetik qüsurlar qalmır.

Endometrioz digər orqanlara, məsələn, bağırsaqlara və ya sidik sisteminə yayılarsa, müxtəlif ixtisaslar üzrə həkimlərin, xüsusilə uroloqun, qastroenteroloqun və cərrahın ginekoloqla birgə işləməsi tələb olunur. Endometriozun ağır formalarında, terapiya və reproduktiv planların təsiri olmadıqda, həkimlər uşaqlığın çıxarılmasını tövsiyə edirlər. Yumurtalıq endometriozunda isə adətən kistanın çıxarılması əməliyyatı icra olunur. Mürəkkəb vəziyyətlərdə isə yumurtahüceyrələrin alınaraq dondurulmasını və yalnız bundan sonra yumurtalıqların çıxarılmasını təklif edirlər.

  • Endometrioz zamanı uşaqlığın selikli qişasının qalınlaşmasını və aybaşı qanaxmasını azaltmaq, spazmı və ağrını yüngülləşdirmək üçün “Herba Flora” sirkətinin istehsal etdiyi Profemin çayı köməkçi vasitə kimi daxilə qəbul olunur.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız