Başağrısı nədən qaynaqlanır?
Başağrıları gündəlik həyatımızda tez-tez rastlaşdığımız patoloji haldır. Kəskin və xroniki formalarda təzahür edən bu xəstəlik insanın həyatını əhəmiyyətli dərəcədə poza bilir, həmçinin cəmiyyətdə normal fəaliyyətinə və iş qabiliyyətinə mənfi təsir göstərə bilir. Başağrısı dedikdə ilk növbədə ağlımıza beyin gəlir. Əslində beyində ağrı qıcığını qəbul edən reseptorlar yoxdur. Bu da o deməkdir ki, beyin toxumasında ağrı olmur. Ağrı reseptorları qıcıqlandırıcılara cavab verən zaman ağrı impulsları beyinə ötürülür və nəticədə başda ağrı hissi meydana çıxır. Aparılan tədqiqatlar nəticəsində başağrısının səbəblərinə və lokalizasiyasına görə 150-dən çox növü tədqiq olunub. Başağrıları beyin, qan damarları və ətrafdakı sinirlərdə baş verən patoloji proseslərdən qaynaqlanır. Başağrısı zamanı naməlum mexanizm əzələlərə və qan damarlarına təsir edən müəyyən sinirləri işə salır. Bu sinirlər isə öz növbəsində beyinə ağrı siqnalları göndərir.
Başağrısı insanların çoxunun həyatı boyu dəfələrlə yaşadığı çox yayılmış bir vəziyyətdir. Sadə dillə desək başağrısı başda, üzdə və bir qədər də boyunda ağrı və narahatlıqdır. Başağrıları ağrının yerinə, intensivliyinə və baş vermə tezliyinə görə çox dəyişir. Bunların əksəriyyəti təhlükəli olmasa da bəzi növləri daha ciddi vəziyyətin əlaməti ola bilər. Başağrısının simptomları növündən asılıdır və bu ağrıların tezliyi, simptomları, intensivliyi də fərqli ola bilər. Tipik başağrı simptomlarına kəskin, döyünən, sıxıcı ağrı, başın bir və ya hər iki tərəfinə yayılan ağrı, tədricən və ya qəfil baş verən ağrı, müddəti bir saatdan bir neçə günə qədər çəkən, başın və boyunun arxasını əhatə edən, daha az ürəkbulanma, qusma və işığa həssaslıq (fotofobiya) daxildir. Yaxşı bilirik ki, müxtəlif növləri olan başağrıları həm baş vermə səbəblərində, həm də müalicə üsullarında bir-birindən fərqlənir. Demək olar ki, bütün başağrıları eyni ağrı reseptorlarını aktivləşdirir. Bu isə başağrısının ciddi bir vəziyyətin əlaməti olub olmadığını bilməkdə çətinlik yarada bilir. Belə hallar tibdə birincili, ya da idiopatik başağrıları və ikincili, simptomatik başağrıları olaraq təsnifləndirilir.
Birincili, yəni idiopatik başağrılarına aiddir:
- Miqren
- Gərginlik yaradan başağrısı
- Klaster başağrısı
- Digər birincili başağrısı
İkincili (simptomatik) başağrılarına aşağıdakılar aiddir:
- Posttravmatik başağrısı
- Damar mənşəli (kəllədaxili patologiya ilə əlaqəsi olan) başağrısı
- Qeyri-damar mənşəli (kəllədaxili patologiya ilə əlaqəsi olan) başağrısı
- Homeostaz pozuntularla əlaqəsi olan başağrısı
- Hər hansı bir dərmanın istifadəsinə başlanması və ya kəsilməsi ilə əlaqədar olan başağrısı
- Kəllə sümüklərində olan patologiyalarla əlaqədar olan başağrısı
- Nevritlər və nevralgiyalarla bağlı başağrısı
Tibdə başağrılarının müalicəsi çox vacib şərtlərdən biridir. Bu zaman ağrının etiologiyasına uyğun müalicə taktikası seçmək daha önəmlidir. Çünki başağrısı insan səhhətini ciddi dərəcədə pozur və iş qabiliyyətini azaldır. Damar patologiyaları və arterial təzyiqin yüksəlməsi ilə əlaqədar baş verən başağrıları zamanı “Herba Flora” şirkətinin istehsalı olan Teakard çayı olduqca effeklidir. Müayinə zamanı beyin qan dövranının zəifləməsi səbəbindən yaranan ağrı aşkar olunduqda isə Serebratea çayı və Memvit10 kapsulunun istifadəsi daha məqsədəuyğun sayılır. Başağrıları zamanı əsəb gərginliyini aradan qaldırmaq üçün Florelax və Sedativ çaylar, Nevronat şərbəti və ya Sedat10 kapsulu əsas müalicəyə əlavə olunur.