HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Ana südünün azlığı (hipoqalaktiya) nədir və növləri hansılardır?

Mündəricat

Hipoqalaktiya nədir?

Hipoqalaktiya süd vəzilərinin hipofunksiyasıdır, başqa sözlə desək hipoqalaktiya doğuşdan sonrakı ana südü ilə qidalandırma dövründə süd ifrazının kifayət qədər olmaması, normal miqdarda istehsal olunmaması və ya sonradan azalması halıdır.

Hipoqalaktiyanın növləri

Hipoqalaktiyanın birincili və ikincili olmaqla iki növü vardır.

  • Birincili hipoqalaktiya doğuşdan dərhal sonra süd vəzinin yetərincə süd istehsal etməməsidir. Bu nadir hallarda olur və adətən hormonal və ya anatomiya ilə bağlı səbəblərlə əlaqədardır. Məsələn, hipofiz vəzin funksional çatışmazlığını misal göstərmək olar.
  • İkincili hipoqalaktiyada başlanğıcda südün miqdarı normal olur, lakin sonradan azalır. Ən çox rast gəlinən formadır və çox vaxt aşağıdakı səbəblərlə bağlı olur:

    1. Körpənin düzgün əmizdirilməməsi və ya tez-tez əmizdirilməməsi
    2. Anada stress, yorğunluq, psixoemosional gərginlik və ya qeyri-düzgün qidalanma
    3. Ana və ya körpədə xəstəliklər
    4. Ana südünün təbii azalmasına səbəb olan hormonal dəyişikliklər

Ana südünün faydaları

Körpələrin tərbiyə və davranışında az problem yaranır.
Körpənin vitamin, mineral, zülal, yağ ehtiyaclarını ödəyir.
Körpənin bağırsaq mikroflorasını formalaşdırır, disbakteriozun qarşısını alır.
Körpədə təbii immunitet yaradır.
Körpənin zehni inkişafını sürətləndirir.
Körpədə dəmir defisitli anemiyanın qarşısını alır.
Ana südünü həzm etmək daha asandır.
Döş əmmə uşağın üz əzələlərinin və üz skeletinin inkişafını təmin edir.
Ana südü beynin inkişafı üçün bütün lazımi tərkibə malikdir.

Hipoqalaktiyanın müalicəsi

Hipoqalaktiya özünü körpənin doymaması və bununla bağlı ağlaması, daim ac görünməsi, əmizdirmə zamanı südün axmaması və ya az axması, körpənin çəki artımının ləng getməsi kimi aydın simptomlarla göstərir.

Hipoqalaktiyanın müalicəsində görülən ilk tədbirlərə tələb əsasında əmizdirmə tezliyinin artırılması, ananın qidalanmasının və istirahətinin yaxşılaşdırılması, qida, dərman və ya bitki tərkibli süd artırıcı vasitələrdən istifadə olunması və lazım gələrsə laktasiya məsləhətçisinin və ya mama-ginekoloqun köməyindən istifadə etmək daxildir.

Hipoqalaktiyanın təbii bitkilərlə müalicəsi isə daha geniş bir mövzudur. Bostan şüyüdü meyvəsinin tərkibi efir yağı olan anetol və ketonla zəngin olduğu üçün süd verən analara laktogen vasitə kimi istifadə olunur.

Güldəfnə toxumu hipofiz vəzin ön payını stimulyasiya edərək prolaktin sintezini artırır, bununla da ana südünün əmələ gəlməsini hormonal səviyyədə artırır. Südün karbohidrat-yağ tərkibini yaxşılaşdırır. Acı maddələrlə zəngin olduğundan həzmi tənzimləyir, anada və körpədə köpün qarşısını alır.

Gicitkən yarpağı A, B1, B6, B12, C ve K vitaminləri, dəmir duzları və estrogenəbənzər maddələrlə zəngin olduğu üçün oksitosin hormonunun ifrazını stimulyasiya edir. Bu həm uşaqlıq əzələsinin yığılmasını sürətləndirir, həm də süd axacaqlarının yığılmasını və südün rahat axmasını təmin edir. Vitamin və dəmir duzları süd verən ananın immun sistemini möhkəmləndirir və maddələr mübadiləsini tənzimləyir.

Qaraqınıq otu tərkibindəki timol, geraniol, karvakrol, askorbin turşusu, antioksidantlar hesabına süd ifrazını artırır. Südverən anada sinir oyanıqlığını aradan qaldırır, həzmi tənzimləyir və köp əleyhinə təsir edir. Həm ananın, həm də körpənin bağırsağında disbiozun qarşısını alır.

Cirə və razyana meyvələri ana südünün özlülüyünü və enerji dəyərini artırır. Südün tərkibində ümumi zülal (laktoalbumin) miqdarını yüksəldir, südün süd kanallarına axmasını asanlaşdırır. Sakitləşdirici və həzmi yaxşılaşdıran təsiri ilə süd verən ananın psixi və fiziki yorğunluğunu aradan götürür. Həmçinin minerallarla zəngin olduğu üçün südün keyfiyyətini yaxşılaşdırır.

“Herba Flora” şirkəti bu bitkiləri tək halda istifadə etmək üçün istehsalını təşkil etmişdir. Şirkət tərəfindən istehsal olunan Tealakton çayı südartırıcı bitkilərlə zəngin olduğun effektivdir və südverən analar tərəfindən bəyənilir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız