Alkoqol asılılığının BİTKİLƏRLƏ MÜALİCƏSİ.

Alkoqol asılılığının BİTKİLƏRLƏ MÜALİCƏSİ.

Alkoqol. Alkoqolizm spirtli içkilərdən sui-istifadə nəticəsində yaranan, xroniki intoksikasiya, daxili orqanların zədələnməsi, psixi və ya fiziki asılılıqla xarakterizə olunan tibbi-sosial xəstəlikdir və əsasən üç mərhələdə inkişaf edir.

Sərxoşluğun ilkin mərhələsində əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksasiyası, orqanizmi bürüyən istilik duyğusunun təsiri altında rahatlıq hissi yaranır. Orqanizmin keçirdiyi həmin hal məmnunluğa və cəsarətli olmağa sövq edir.

Yüngül dərəcəli alkoqolizm daimi spirtli içki qəbulu nəticəsində qanda alkoqolun miqdarı 1 promilə çatır və həmin müddət 5 ilə qədər davam edə bilir.

Orta dərəcəli alkoqol intoksikasiyası zamanı:
– orqanizmin müvazinət və koordinasiyanın pozulması;
– əhvali-ruhiyyənin azalması, qıcığa qarşı həssaslığın artması, mənasız yerə əsəbiləşib hiddətlənmək və mübahisəyə girişmək halları baş verir.
– bir-biri ilə uzlaşmayan müxtəlif affektiv reaksiyaların meydana çıxması davranış pozuntularına səbəb olur, impulsiv və aqressiv hərəkətlərə yol verilir.
– nitq dəyişir, sözlər anlaşılmaz və qeyri-səlis tələffüz olunur.
– cümlələr təkrarlanır, bəzən də danışıq zamanı rabitə və əlaqə olmur. Həmin vaxt alkoqoldan fiziki asılılıq müşahidə edilir, qanda alkoqolun miqdarı 3-4 promil təşkil edir.

Ağır dərəcəli alkoqol sərxoşluğu düşüncənin kütləşməsindən koma halına qədər inkişaf edə bilər. Bununla yanaşı müşahidə edilir:
– əzələlərin atoniyası
– hipotermiya
– reflekslərin itməsi
– tənəffüsün, ürək fəaliyyətinin pozulmaları
– bəzən qeyri-ixtiyari sidik və defekasiya aktları
– epilepsiyayabənzər qıcolma tumaları.

MÜALİCƏSİ.

Alkoqolizmin kompleks müalicəsinə xalq təbabəti üsullarının əlavə edilməsi müalicənin effektivliyini artırır. Burada əsas məqsəd alkoqola qarşı qazanılmış ikrah refleksinin yaranması və onun möhkmlənməsidir. İstifadə edilən müalicə kursu axıra qədər aparılmalı və il ərzində təkrarlanmalıdır.

RESEPTLƏR.

* 1,5 kiloqram təmizlənmiş əzvay (aloye) yarpaqları ətçəkən maşından keçirilir, üzərinə 2,5 kq bal əlavə edilərək qarışdırılır. 5 gün sərin və qaranlıq yerdə saxlanır. Bir həftə gündə 3 dəfə 1 çay qaşığı, sonra gündə 3 dəfə olmaqla 1 xörək qaşığı qəbul edilir. Müalicə 3 ay aparılır.

* 100 qram təzə dazıotu yarpaqları və çiçəkləri ətçəkən maşından keçirilir, üzərinə 0,5 litr bitki yağı əlavə edilir, sərin və qaranlıq yerdə 10 gün saxlanılandan sonra süzülür, səhər yeməkdən 30 dəqiqə əvvəl acqarına qəbul edilir. Müalicə müddəti 2-4 həftədir.

*Alkoqolun qaraciyərə verdiyi zərərli təsirləri aradan qaldırmaq üçün 2 filtr-bağlama Hepartea çayı 200 ml qaynar suda 20 dəqiqə dəmlənir, gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Müalicə kursu 1 aydır.

* Hərəsindən 50 qram adaçayı yarpaqları, kəklikotu otu, nanə yarpağı, bibəriyyə və bənövşə otu qarışdırılır. Qarışıqdan 100 qramının üzərinə 0,5 litr qaynar su əlavə edilir, 60 dəqiqə dəmlənərək süzülür. Gündə 2-3 dəfə 1-2 xörək qaşığı qəbul edilir…

BİLGİ.

• ABŞ-ın Baltimor əyalətindəki Con Hopkins Universitetinin doktoru Cinqzhonq Dinqin rəhbərliyi altında 1909 nəfər üzərində təcrübə aparılmış və ayrı-ayrı vaxtlarda onların beyin MRT-ləri çəkilərək az da olsa spirtli içki qəbul edənlərin beyin ölçülərində getdikcə kiçilmə əmələ gəldiyi sübut edilmişdir.
• Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə spirtli içki qəbul edən qadınların dünyaya gətirdiyi uşaqlar arasında çəkinin normadan aşağı olması 98 , dodaq və barmaqlarda anormallıq 95, ruhi problemlər 89, aqressiya əlamətləri 72, hissiyyat pozulması 41, otropedik problemlər 33 və görmə zəifliyi 25 faiz təşkil edir.

http://fizulihuseynov.com/

https://herba-flora.com

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.