Ürünler

Nat – Ərküdə Kapsul

Bir kapsulun tərkibi:
Adi ərküdə (Vitex agnus castus) meyvəsinin quru ekstraktı – 30 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 370 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:
Qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
18 yaşdan yuxarı qadınlar: Gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Digər dərmanlarla qarşılıqlı təsiri:
Dofamin aqonistləri və antaqonistləri ilə, həmçinin estrogen və antiestrogenlərlə birlikdə istifadə zamanı həkimlə məsləhətləşin. Oral kontraseptivlərin təsir effektini azaldır.

Əks göstəriş: Hamiləlik və laktasiya dövrü, tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Saxlama şəraiti: Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdır­mada.

Herba Flora ürünlerini nasıl edinebilirim?

Herba Flora ürünlerini ülke çapındaki tüm eczanelerden ve FitoClub mağaza zincirinden satın alabilirsiniz.

Herba Flora ürünlerinin fiyatını ülke çapındaki tüm eczanelerden öğrenebilirsiniz.

Herba Flora ürünleriyle ilgili soruları sosyal medya hesaplarımız ( Instagram, Facebook, YouTube, TikTok, X) aracılığıyla bize iletebilirsiniz. Sorular hafta içi ve mesai saatlerinde (08:00 – 16:30) sırayla yanıtlanmaktadır.

Teslimat hizmetiyle ilgili olarak FitoClub mağaza zinciri ve çevrimiçi eczanelerle iletişime geçebilirsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center, Koroğlu metro istasyonuna yakın konumdadır. Hastaların konforlu ulaşımı için metrodan tıp merkezine gidiş-dönüş ulaşım hizmeti verilmektedir.

Kateqoriya

Detaylı Bilgi

İnsanlar arasında stress, əsəbi gərginlik, iqlim dəyişmələri kimi xarici faktorlar, artıq çəki və ya çəki defisitinə səbəb olan mübadilə pozğunluqları qadın orqanizmində hormonal disbalansa gətirib çıxarır. Məsələn, əgər qadın orqanizmində bu və ya digər səbəbdən prolaktin səviyyəsi normadan yüksəkdirsə, bu, hamiləlik və ya laktasiya ilə bağlı deyilsə, orqanizmə, ən çox da hormonun hədəf orqanı olan süd vəzilərinə mənfi təsir göstərir.

Xanımlar arasında bir çoxları həkimə süd vəzilərindən maye axması ilə bağlı şikayət edirlər. Ultrasəs müayinəsi nəticəsində bu qadınların süd vəzilərində çox vaxt içi maye ilə dolu kistalar aşkarlanır. Müasir dövrdə qız və qadınlar arasında menstrual tsikl pozulmalarına bağlı qadın sonsuzluğu kimi problemlərə çox tez-tez rast gəlinir. Belə şikayətləri olan yeniyetmə qızlar və qadınlar üçün Herba Flora şirkəti demək olar ki, bütün qadın xəstəlikləri zamanı hormonal balansı tənzimləyən tam təbii, bitki tərkibli, yüksək müalicəvi effektli Nat Ərküdə kapsulunu təqdim edir.

Nat Ərküdə kapsulun təsiri

Bu preparat ərküdə və ya İbrahim ağacı kimi tanınır. Bakımızın hər tərəfində dekorativ məqsəd ilə əkilən bitkidən hazırlanıb. Ərküdə qadın otudur desək, yanılmarıq. Bitkidən hazırlanan Nat Ərküdə kapsulu dofaminergik təsir edərək hipofizdə prolaktin ifrazını azaldır. Nəticədə, süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və tsiklik ağrı sindromunun (mastodiniya) aradan qalxmasına səbəb olur.

Herba Flora şirkətinin Nat Ərküdə kapsulu qadınlarda estrogen və follikulstimuləedici hormon səviyyəsini tənzimləyir. Follikulun yetişməsi və partlamasını təmin edir. Sarı cismin funksional çatışmazlığı, buna bağlı progesteron səviyyəsinin azalması ilə əlaqədar menstrual tsikl pozulmalarını aradan qaldırır. Nat Ərküdə kapsulu həm də estradiol və progesteron arasında disbalansı tənzimləyir. Bir sözlə, Herba Flora şirkətinin Nat Ərküdə kapsulu aybaşı tsiklinin həm birinci, həm də ikinci fazasını tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır, hormonal balansı tənzimlədiyinə görə sonsuzluğun müalicəsində yüksək müalicəvi effekt verir. Kapsul menopauza ilə əlaqəli hormonal disbalansı da normaya salır.

Herba Flora şirkətinin Nat Ərküdə kapsulu hamiləlik və laktasiya dövrü,12 yaşına qədər uşaqlar, menstruasiya dövrü istisna olmaqla aybaşının pozulması, follikulun yetişməməsi, prolaktin hormonunun artması, sarı cismin funksional çatışmazlığı, fibrokistik mastopatiya, predmenstrual sindrom və s. kimi bir çox qadın xəstəlikləri zamanı yeniyetmə qızlardan tutmuş yetkin qadınlara qədər rahatlıqla istifadə oluna bilən tam təbii, əvəzolunmaz məhsuldur.

Nat Ərküdə kapsulu profilaktik məqsədlə gündə 3 dəfə, hər dəfə 1 kapsul, müalicə məqsədi ilə gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Kapsulun qəbulundan ən azı 2 həftə sonra xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunur. Qəbul müddəti minimum 3 aydır, preparat bitki tərkibli olduğu üçün uzun müddət istifadə oluna bilər. Nat Ərküdə kapsulu qəbul edin, sağlamlığınıza qovuşun!

https://herba-flora.com/bloq

https://fizulihuseynov.com

İlgili blog yazıları:

İlgili yazı mevcut değil.

Benzer Ürünler