Məhsullar

Dazıotu Otu

Tərkib:
Dazıotu otunun tərkibində flavo­noidlər (hiperozid, rutin, kversitrin, izokversitrin və kver­setin), həmçi­nin flüoressensiya edən boyalar (hiperisin, psevdo­hiperi­sin), aşı maddələri, karotin, efir yağı (a-pinen, azulen), qətranlar, vitaminlər və s. var.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, soyudulur, süzülür. Daxilə gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl qəbul olunur və ya gündə 7-8 dəfə qarqara edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Dazıotu Bitkisinin Tərkibi

Dazıotu çoxillik ot bitkisidir. Bitkinin tərkibi aşı maddələr, efir yağları, saponinlər, C, E vitaminləri, flavonoidlər, makro və mikroelementlər və digər bioloji aktiv maddələrlə zəngindir. Dazıotu həmçinin büzücü və iltihab əleyhinə komponentlərlə də zəngindir. Bu bitki xalq təbabətində min bir dərdin dərmanı hesab olunur. Orqanizmə sakitləşdirici, antidepressant, qurdəleyhinə, antiseptik, antibakterial, qansaxlayıcı, sidikqovucu, büzücü, ağrıkəsici, yarasağaldıcı, ödqovucu təsir edir. Dazıotu bakteriyaları məhv edir, iltihabi prosesləri dayandırır, antibiotiklərə davamlı ştamlara öldürücü təsir göstərir. Bitkinin herpes virusuna qarşı aktivliyi də aşkarlanmışdır.

Dazıotu gingivit və stomatitin profilaktika və müalicəsində, həmçinin öd yollarının diskineziyası, öd kisəsi və öd yollarında durğunluq, xolesistitlər, öd daşı xəstəliyi, hepatitlər, xroniki kolit, qastritlərdə, meteorizmdə istifadə olunur. Dazıotu böyrək yumaqcıqlarında filtrasiya pozğunluğu, böyrəklərin funksional çatışmazlığı nəticəsində böyrək kasacıqlarında maye ləngiməsi, ümumi olaraq qanda elektrolitlərin artması zamanı faydalıdır. Bitkinin təsiri tənəffüs sistemindən də yan keçməyib. Belə ki, bəlğəmin tənəffüs yollarından evakuasiyasını sürətləndirərək tənəffüs sisteminin infeksion- iltihabi xəstəliklərində çox effektlidir.

Dazıotunun təsirləri nələrdir?

Dazıotu daha çox antidepressant və ödqovucu kimi tanınır. Bitki qaraciyərdaxili öd yolları, öd kisəsi və öd yollarına spazmolitik təsir göstərir. Ödün sintezi və sekresiyasını artırır, qatılaşmış ödü durulaşdırır, onun öd kisəsi və öd yollarına qovulmasını rahatlaşdırır. Bütün effektləri ilə yanaşı dazıotu insanda həyat eşqini artırır, bədəni tonuslandırır. Ona görə bitki yüngül və orta ağırlıqlı depressiv vəziyyətlərdə antidepressantlardan heç də geri qalmır. Bu effekti dazıotuya tərkibindəki hiperisin flavonoidi verir. Hiperisin beyində “xoşbəxtlik hormonu” hesab olunan serotoninin sintezini artırır, insanın gün ərzində əhval-ruhiyyəsini yaxşılaşdırır. Bitkinin bütün təbii komponentləri bədənə ümumi möhkəmləndirici effekt göstərir.

Dazıotu tokoferol hesabına antioksidant effekt verərək bədəni sərbəst radikallardan təmizləyir. Nəticə etibarilə bitki qocalma və şişəleyhinə effekt verir. Karotinlə zəngin olduğu üçün göz sağlamlığının qeydinə qalır, həmçinin dərinin vəziyyətini yaxşılaşdırır, patogen mikroblarla mübarizə aparır. Həmçinin aşı maddələri hesabına iltihab ocaqlarını söndürür, toxumaların regenerasiyasını sürətləndirir, yaraları infeksion agentlərdən təmizləyir. Nikotin turşusu hesabına ürək və sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Bitkinin tərkibindəki askorbin turşusu immuniteti gücləndirir, kollagen zülalının sintezində iştirak edir. Bitki fitonsidlər hesabına təbii antibiotik effekti verir.

  • Göründüyü kimi dazıotunun faydaları saymaqla bitmir. Odur ki, Herba Flora şirkəti sizlər üçün dazıotu tərkibli müxtəlif çeşiddə təbii məhsullar istehsal edir. Herba Flora şirkətinin dazıotu tərkibli Teaqrip çayı qrip və soyuqdəymənin qənimi, Mirfazin çayı şəkərli diabet xəstələrinin dostu, Teazol çayı isə bağırsaq qurdlarının düşmənidir!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar