Şüyüd Çayı

Tərkibi: Razyana (aptek şüyüdü) toxumu, bostan şüyüdü toxumu.

İstifadəsi: İki filtr-bağlamanın üzə­rinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəm­lənir, otaq temperaturunda so­yu­dulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ye­mək­dən 30 dəqiqə əvvəl ilıq şəkil­də daxilə qəbul edilir.

Uzun müddət qəbul oluna bilər.

Herba Flora ürünlerini nasıl edinebilirim?

Herba Flora ürünlerini ülke çapındaki tüm eczanelerden ve FitoClub mağaza zincirinden satın alabilirsiniz.

Herba Flora ürünlerinin fiyatını ülke çapındaki tüm eczanelerden öğrenebilirsiniz.

Herba Flora ürünleriyle ilgili soruları sosyal medya hesaplarımız ( Instagram, Facebook, YouTube, TikTok, X) aracılığıyla bize iletebilirsiniz. Sorular hafta içi ve mesai saatlerinde (08:00 – 16:30) sırayla yanıtlanmaktadır.

Teslimat hizmetiyle ilgili olarak FitoClub mağaza zinciri ve çevrimiçi eczanelerle iletişime geçebilirsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center, Koroğlu metro istasyonuna yakın konumdadır. Hastaların konforlu ulaşımı için metrodan tıp merkezine gidiş-dönüş ulaşım hizmeti verilmektedir.

Detaylı Bilgi

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir. Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Lakin qazların həddən artıq əmələ gəlməsi isə patoloji prosesdir. Bu zaman insanda müxtəlif əlamətlər inkişaf edir. Belə ki, qarın nahiyəsində ağrılar və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, əhvalın pozulması və s.

İstər uşaqlar, istərsə də böyüklərdə qida və mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarda mədə-bağırsaqlara dolması da köp yarada bilər. Həzm proseslərinin pozulması, fermentlərin çatışmazlığı, disbakterioz (xeyirli mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması), bağırsaqların sorulma funksiyasının pozulması da köpün əmələ gəlməsinə səbəb ola bilər. Bağırsaqların hərəkətliliyi pozulduqda, qida daha uzun müddət bağırsaqlarda qalır ki, bunun da nəticəsində bağırsaqlarda köp əmələ gəlir. Bundan başqa bağırsaqların anomaliyaları, mədə-bağırsaq sistemində aparılan cərrahiyyə əməliyyatları, hamiləlik, bəzi dərman preparatların qəbulu, bağırsaqlarda olan mexaniki maneələr (şişlər, poliplər, bitişmələr) və s. də köpün əmələ gəlməsinə səbəb olur.

HERBA FLORA şüyüd çayı

Bu gün sizə bağırsaqlarda köp və qazəmələgəlmə prosesisin qarşısını alan Herba Flora şirkətinin istehsal etdiyi Şüyüd çayı haqqında danışmaq istərdik. Hər zaman sizlərin sağlamlığının qeydinə qalan Herba Flora şirkətinin tam təbii Şüyüd çayının tərkibi razyana meyvəsi və bostan şüyüdünün meyvəsindən ibarətdir. Şüyüd çayı tərkibindəki razyana və şüyüd bitkilərinin efir yağları hesabına bağırsaqlarda spazmı aradan qaldırır, köp əleyhinə təsir göstərir. Şüyüd çayı körpələrdə qazəmələgəlmə zamanı həm də ağrıkəsici, bağırsaqlarda iltihabi proseslər zamanı antibakterial təsir göstərir.

Bundan başqa tərkibindəki razyana bitkisi hesabına bir yaşına qədər körpələrə bəlğəmgətirici, süd verən analara isə südartırıcı vasitə kimi istifadə olunur. Spastik kolit dünyada ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Qarın ağrıları, qarında şişmə hissi, ishal və qəbizliyin əvəzlənməsi, köplə müşayiət olunur. Spastik kolit xəstəliyində bağırsaqlarda iltihab və ya başqa bir funksional dəyişiklik olmur, spazm səbəbindən nəcis kiçik bərkimiş parçalar şəklində (qoyun qığına bənzər) xaric olur. Spastik kolitin səbəbi tam müəyyən olunmayıb.

Herba Flora şirkətinin Şüyüd çayını istər uşaqlar, istərsə də böyüklərdə qastrit, spastik kolit, meteorizm zamanı, bir yaşa qədər körpələrdə traxeit, bronxit zamanı bəlğəmgətirici vasitə kimi, südverən analarda isə hipoqalaktiya (südün az əmələ gəlməsi) zamanı südartırıcı vasitə kimi rahatlıqla istifadə edə bilərsiniz.

http://fizulihuseynov.com/

İlgili blog yazıları:

İlgili yazı mevcut değil.

Benzer Ürünler