Soyuqdan yaranan allergiya

Soyuqdan yaranan allergiya

Soyuq havaya qarşı orqanizmin verdiyi reaksiya allergik reaksiyaların bir növüdür. Bildiyimiz kimi ətrafdan təsir edən antigenlərə qarşı orqanizm reaksiya verir ki, bu da immun reaksiya və ya immun cavab adlanır. Allergiya isə immun sistemin ətraf təsirlərə və antigenlərə qarşı verdiyi həddən artıq reaksiyadır. Allergiya antigenlər vasitəsi ilə törədilən bir reaksiyadır. Belə ki, orqanizmdə antigenlərin ilk təsiri nəticəsində sensibilizasiya baş verir. İkinci dəfə həmin antigenin təsiri ilə artıq sensibilizasiyaya uğramış orqanizmdə allergik reaksiya inkişaf edir. Allergenlər ekzoallergen və endoallergen olmaqla iki qrupa bölünürlər. Ekzoallergenlər isə infeksion və qeyri-infeksion kimi qruplarda birləşdirilir.

Soyuqdan yaranan allergiyanın nəticəsi

Soyuqdan yaranan allergiya nəticəsində allergik reaksiya baş verir ki, bu da ekzogen allergenlər qrupuna aiddir. Övrə dəridə şiddətli qaşınma hissi törədən qovuqcuqların əmələ gəlməsi ilə xarakterizə edilən xəstəlikdir. Kvinke ödemi də övrə xəstəliyinin əsas formalarından biridir və övrədən fərqli olaraq dərinin daha dərin qatlarında inkişaf edir. Bu xəstəliklərin hər ikisi müxtəlif mənşəli allergenlərlə yanaşı soyuq havanın da təsirindən yaranır. Övrə və kvinke ödemi soyuğun təsiri ilə dəri zülallarının dəyişikliyə uğrayıb autoallergen xassəsi əldə etməsi ilə izah olunur. Soyuğun təsirindən dəridə qızartı, qaşınma, ağrı, burun tutulması və yuxarı tənəffüs yollarından seliyin axması kimi simptomlar meydana çıxır. Övrənin mexanizmində tosqun hüceyrələrdən azad olan histaminin və başqa allergiya mediatorlarının böyük rolu vardır. Mediatorlar prekapilyarın, kapilyarların və venulaların genişlənməsinə səbəb olur və onların keçiriciliyini artırır. Bunun nəticəsində dəridə eksudasiya prosesi sürətlənir, ödem və qovuqcuqlar əmələ gəlir. Soyuqdan yaranan allergik övrə xəstəliyində hissi sinir reseptorları şiddətlə qıcıqlandığına görə dəridə əzabverici qaşınmalar olur.

Adətən payız aylarında havalar yavaş-yavaş soyuyur. Külək və yağış qarşıdan daha soyuq qışın gəldiyi haqqında bizi xəbərdar edir. Bu ilki payız isə heç bir payıza bənzəmədi. 10 noyabr 2020–ci il tarixinə kimi havalar görünməmiş dərəcədə davamlı olaraq sakit və mülayim keçdi. Göstərilən tarixdən etibarən havalar kəskin soyumağa başlayıb və hətta əvvəlki illərin payızından daha soyuq bir payızdır. Bu payızın kəskin soyuq olması qışın sərt olacağından xəbər verir. Qarşıdan gələn soyuq havaların təsirindən allergik reaksiyaların qarşısını almaq məqsədi ilə həm özümüzü, həm də ətrafımızdakı hər kəsi qoruyaq və Teader çayından, Nat Sedativ kapsulundan bu məqsədlə geniş istifadə edək.

https://fizulihuseynov.com/