Sarımsaq

Sarımsaq

Sarımsaq qədim zamanlardan geniş istifadə olunan dərman bitkisidir. Xüsusilə antibakterial təsirinə görə bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Əsasən ürək xəstəlikləri və yüksək təzyiq olmaqla bir çox xəstəliklərin qarşısını alır. Bundan əlavə, antifungal və antioksidant xüsusiyyətlərə malik olan sarımsaq, xərçəngə qarşı qoruyucu bitkilərdən biridir. Sümük, dəri və saç sağlamlığı üçün çox faydalıdır. Zəngin vitamin və mineral mənbəyidir. İmmun sistemini gücləndirdiyi elmi şəkildə sübut edilmişdir. Xüsusilə soyuqdəymə və qripdən qoruyur. Çiy və ya bişmiş şəkildə hər cür tərəvəz və ət yeməklərinə istifadə əlavə edilə bilər. Sarımsaq qədim zamanlardan dünya ölkələrinin mətbəxində dad və sağlamlıq üçün istifadə edilən dərman bitkisidir. Alliaceae” (soğan ailəsi) fəsiləsinə daxil olan sarımsaq insan sağlamlığı üçün o qədər faydalıdır ki, onu möcüzə adlandırmaq olar.

Sarımsağdakı vitaminlər hansılardadır?

Sarımsağın tərkibində 33 növ kükürd birləşmə, 17 növ amin turşusu, mis, manqan, selen, fosfor və kalsium kimi minerallar, həmçinin A , B qrupu vitaminləri və bol C vitamini var. Antibiotik xüsusiyyətlərə malik olan bu dərman bitkisi həm də virus, göbələk və parazit əleyhinə təsirə malikdir. Bu səbəbdən elmi araşdırmalar onun qrip, soyuqdəymə, astma, öskürək, bronxit, angina, revmatizm və oynaq xəstəliklərində faydalı olduğunu sübut edib. Tərkibində antioksidant və iltihab əleyhinə təsirləri ilə tanınan flavonoid birləşmələri və amin turşuları var. Sarımsağın bir çox faydaları ona qoxu və dad verən kükürd tərkibli allisin maddəsi ilə bağlıdır. Sarımsağın sağlamlığa təsirlərini araşdıran tədqiqatların əksəriyyəti onun müxtəlif çıxarışları (məsələn, sarımsaq yağı, toz ekstraktları və kapsullar) üzərində aparılmışdır.

Sarımsağın faydaları

Elmi araşdırmalara görə, sarımsağın əsas faydaları bunlardır:

  1. Şəkərli diabetin ağırlaşmalarının qarşısını alır. Qanda adiponektinin (yağ hüceyrələri tərəfindən ifraz olunan hormon) səviyyəsi azaldıqda 2-ci tip şəkərli diabet və ürək-damar problemləri yaranır. Sarımsaq qanda adiponektinin səviyyəsini artırır və qanda şəkərin səviyyəsini tənzimləyir. Şəkərli diabetin ateroskleroz və nefropatiya kimi ağırlaşmalarının qarşısını alır. Hüceyrələrin insulinə qarşı müqavimətini (rezistentliyi) azaltmaqda da faydalıdır
  2.  Sarımsaq yağı diabet xəstələrini kardiomiopatiyadan qoruyur.
  3. Sarımsaq orqanizmi xərçəng xəstəliyindən qoruyur.
  4. Güclü antibakterial və antimikrob təsirləri var

Tərkibindəki kükürd birləşmələri sayəsində mikrob əleyhinə xüsusiyyətlərə malikdir. Diallyl sulfid Campylobacter adlı bakteriyalarının səbəb olduğu bağırsaq infeksiyalarının müalicəsində təsirli olur. Sarımsaq ekstraktı tez-tez istifadə olunan antibiotiklərə qarşı davamlı olan 7 növ patogen bakteriyanın böyüməsinə maneə törədir. Allisin həmçinin malyariya törədicisinə qarşı təsirlidir. Sarımsağın efir yağları antibakterial və antiparazitar müalicəyə davamlı olan vərəm çöplərinin və lyambliyaların müalicəsi üçün tövsiyə edilir.Həşərat və arı sancmalarında zədəli nahiyəyə sarımsaq çəkmək müalicəvi effekt verir. Sarımsaq yağı qulaq infeksiyaları zamanı ağrını azaldır, mikrobları məhv edir.

Bu tərəvəzin həm ekstraktı, həm də yağı göbələk infeksiyalarına qarşı çox təsirlidir. Sarımsaq göbələk hüceyrələrinin yayılmasına maneə törədir və qaşınmanı aradan qaldırır. Xüsusilə dırnaq altına yerləşmiş göbələklər üçün ən təsirli üsullardan biridir. Müalicə zamanı göbələyin zədələdiyi nahiyə əvvəlcə isti, nəm, təmiz bir parça ilə silinir. Bu, dəri məsamələrini açır və göbələkləri səthə çəkir, beləliklə, müalicə daha təsirli olur. Sonra iki diş əzilmiş sarımsaq və 2 xörək qaşığı zeytun yağı qarışdırılır və qarışıq yoluxmuş dırnağa çəkilir. Barmaq təmiz tənziflə sarınır və bu şəkildə bir neçə saat saxlanır, yuyulur. Şikayətlər yox olana qədər bu proses təkrarlanır.Vaginal göbələklərin müalicəsində sarımsağın istifadəsi tövsiyə edilsə də, araşdırmalar bunu dəstəkləmir. Sarımsaq maya ilə yoluxmuş uşaqlıq yolu kimi həssas bölgə ilə təmasda olarsa, bu daha təhlükəli ola bilər.

Sarımsağın farmakoloji təsiri

Sarımsağın tərkibinə olan allisin kimi birləşmələr məhz soyuqdəymə və qrip infeksiyalarına qarşı çox təsirlidir. İnsanlar üzərində aparılan statistik araşdırmalar göstərmişir ki, plasebo alanlara nəzərən sarımsaq əlavəsi qəbul edənlərdə soyuqdəymə və qrip daha az müşahidə edilir. Bir neçə diş sarımsağı suda qaynadıb içmək qripin müalicəsində təsirlidir. Tərlədici təsiri ilə qızdırma və öskürəyə qarşı faydalıdır. Sarımsaq yüksək qan təzyiqinə qarşı təsirlidir. Elmi araşdırmalara görə, sarımsaq yüksək təzyiqi olan (hipertoniya) xəstələrin 80%-dən çoxunda təzyiqi aşağı salmağa kömək edir. Təzyiqin tənzimlənməsi sarımsağın tərkibində olan aktiv kükürd birləşmələri sayəsində baş verir. Elə buna görə də təzyiqi aşağı olanlar bu tərəvəzdən az istifadə etməlidir. Sarımsağın müntəzəm yeyilməsi qan damarlarının elastikliyini artırır, iltihab nəticəsində yaranan damar zədələnmələrini əhəmiyyətli dərəcədə azaldır.

Sarmısağın istifadəsi

Qanda xolesterol səviyyəsi yüksək olan xəstələr üzərində aparılan 12 aylıq araşdırma nəticəsində məlum olmuşdur ki, sarımsağın müntəzəm olaraq istifasi pasiyentlərdə LDL (pis) xolesterol səviyyəsində ciddi bir azalmaya səbəb olmuşdur. Onu da qeyd edək ki, sarımsaq xolesterol əleyinə olan dərmanlardan (statinlərdən) daha təhlükəsizdir. Sarımsaq ürək dostu adlanan dərman bitkisidir. Yaşıl sarımsaq ekstraktı metabolik sindromlu xəstələrin koronar damarlarında xolesterol çöküntülərini və damar daralmasını azaldır. Xüsusən üyin işemik xəstəliyinin erkən mərhələsində miokard zədələnməsinin qarşısını alır. Sarımsağın tərkibində olan kimyəvi birləşmələr qan laxtalanmasını azaldır, trombositlərin aqreqasiyasının qarşısını alaraq infarkt, iflic və yüksək təzyiq kimi sağlamlıq problemlərinin inkişafını ləngidir. Bu tərəvəz orqanizmi toksinlərdən təmizləyir. Sarımsağın tərkibindəki orqanosulfid birləşməsi olan dialkil disulfid qaraciyəri alkoqolun səbəb olduğu zədələnmədən qoruyur. Kükürd birləşmələri isə ağır metalların toksiki təsirini zəiflədir, nəticədə orqan zədələnməsi azalır. Çirklənmiş hava, siqaret tüstüsü və kimyəvi maddələrin yaratdığı toksinləri bədəndən çıxarmağa kömək edir.

Sarımsaq sümük sağlamlığını müsbət təsir edir, yeni sümük toxuması yaradan osteoblast hüceyrələrini zədələnmədən qorumağa kömək edir. Xüsusilə qadınlarda osteoartroz əlamətlərini azaldır. Gündəlik 2 qram çiy sarımsaq qəbulu qadınlarda klimaks zamanı estrogen hormonu çatışmazlığı əlamətlərini xeyli azaldır. Sarımsaq koqnitiv funksiyanı qoruyur, onun ekstraktında tapılan fermentlər Alsheymer və demensiya əleyhinə dərmanların hazırlanmasında istifadə olunur. Həmçinin saç tökülməsinə qarşı müsbət təsir edir.

https://fizulihuseynov.com/

https://herba-flora.com