Sarıkök

Sarıkök

Sarıkök yaxud “qızıl ədviyyat” kimi tanınan bitki Şərqi Asiya ölkələrinin əhalisi arasında öz faydalı xüsusiyyətləri ilə məşhurdur. Hələ eramızdan əvvəl 600-cü ildə Hindistanda sarıkök bitkisindən yeməklərə əlavə etmək ücün karri tozu hazırlanırdı. Bu ədviyyat eyni adlı bitkinin xırdalanmış və qurudulmuş köklərindən istehsal olunur. Sarıkök ədviyyat, rəngləyici, kosmetoloji və tibbi məqsədlə geniş istifadə olunur. Onun tərkibi efir yağları, C, K, B qrupu vitaminləri, dəmir, fosfor, yod və kalsiumla zəngindir.

Sarıkökün faydaları

Sarıkökün tərkibində əsas təsiredici maddə kurkumindir. Kurkumin suda yaxşı həll olmasa da bitki yağı və qara istiotla birlikdə orqanizm tərəfindən rahat mənimsənilir. Sarıkök bitkisi bu faydalı komponenti sayəsində orqanizmə güclü antioksidant təsir göstərir, bədən hüceyrələrində antioksidant fermentlərin sintezini artırır, nəticədə sərbəst radikalların təsirini və hüceyrələrin zədələnməsini azaldır. Sarıkök bitkisi tərkibindəki vitaminlər və minerallar sayəsində həm də təbii immunomodulyator hesab olunur. Adaptogen təsir göstərərək orqanizmin ətraf mühitin qıcıqlandırıcı faktorlarına qarşı müqavimətini artırır. Bitkinin qanda şəkər və xolesterol səviyyəsini azaltması səbəbindən ürək-damar xəstəlikləri, şəkərli diabet zamanı verdiyi faydaları da danılmazdır. Sarıkökün tərkibi 300-ə qədər iltihab əleyhinə, antiseptik təsir göstərən maddələrlə zəngindir. Məhz bu maddələr orqanizmdə iltihabi prosesdə baş verən bəzi kimyəvi reaksiyaları ləngidir, fermentlərin fəaliyyətini tənzimləyir. Bundan başqa sarıkök baş beynə neyrotrof təsir göstərən hormonların fəaliyyətini yaxşılaşdırır, nəticədə neyronların miqdarını artırır. Mərkəzi sinir sistemində neyronların fəaliyyətini və neyronlararası rabitəni yaxşılaşdırır. Beləliklə beyinin fəaliyyətini tənzimləyir, neyrodegenerativ xəstəliklərin inkişaf riskini azaldır. Parkinson, Alzheymer kimi xəstəliklər zamanı çox fayda verir və tibdə onkoprotektor kimi də tanınır. Belə ki, xərçəng hüceyrələrini məhv edir, şiş xəstəliklərinin profilaktikasında geniş tətbiq olunur.

Sarıkök həm məişətdə, həm də tibdə müxtəlif cür istifadə edilir. Bitkinin yalnız 3 faizini kurkumin adlanan maddə təşkil edir. Məhz bu səbəbdəndir ki, bitkinin kök, şirə yaxud ədviyyat şəklində istifadəsi orqanizmə heç bir zaman mənfi təsir edə bilməz. Müalicə məqsədilə sarıkök müxtəlif preparatlar şəklində istifadə olunur. Bu preparatlar mütləq həkim tərəfindən dozalanmış şəkildə və digər dərman preparatları ilə qarşılıqlı təsiri nəzərə alınaraq təyin olunmalıdır.

Sarıkök kapsulu KURKUM10

Sarıkökün faydaları bununla da bitmir. Bitkinin tərkibi bioloji aktiv maddələrlə zəngin olduğu üçün kosmetologiyada ideal təbii vasitə hesab olunur. Belə ki, dəridə qırışları azaldır, dəri baryerini gücləndirir. Sarıkök dəriyə həm də antibakterial, virus əleyhinə, göbələk əleyhinə təsir göstərir. Dəridə elastini parçalayan elastaza fermentinin aktivliyini azaldır, beləliklə dərinin elastikliyini artırır. Bu faydalı bitki dəri hüceyrələrinə anti-aging, yəni qocalma əleyhinə effekt verir, kollagen sintezini stimulyasiya edir. Dəridə piqmentasiyanı azaldır, dərinin rəngini şəffaflaşdırır. Dəriyə parlaqlıq və gözəllik bəxş edir.

Herba Flora şirkətinin “min bir dərdin dərmanı” olan təbii sarıkök tərkibli Kurkum10 kapsuldan rahatlıqla qəbul edə bilərsiniz.

https://fizulihuseynov.com/

https://herba-flora.com