Gözəl və baxımlı ayaqlar üçün…

Gözəl və baxımlı ayaqlar üçün…

Zərif və baxımlı ayaqlara sahib olmaq hər bir xanımın arzusudur. İlin bütün fəsillərində ayaqlara qulluq edilsə də, havalar isindikcə açıq ayaqqabılara keçid ilə əlaqədar ayaqlara qulluq daha ön plana keçir. Təbii vasitələrdən istifadə etməklə sağlam və gözəl ayaqlara sahib olmaq mümkündür.

Sakitləşdirici vanna

1 litr qaynar suya 2 xörək qaşığı çobanyastığı, yabanı kətan toxumu və iynəyarpaqlar əlavə edilir və su ilıqlananda ayaqlar vannaya qoyulur. Müxtəlif ot dəmləmələri – gicitkən, gülümbahar və dazıotu da ayaqların sağlamlığını qorumağa kömək edir. Vannadan sonra ayaqdakı kobudlaşmış dəri süngər daşı və ya xüsusi daban cilalayıcısı ilə təmizlənir. Həftədə bir dəfə dabanlar ayaq üçün skrabla təmizlənir. Skrab cilalayıcı çubuğa çəkilərək dabanlar 2-3 dəqiqə sürtülür, sonra su ilə yaxalanaraq prosedur təkrar edilir.

Dabanda yeni yaranan qabar və döyənək üçün 8 gün onun üzərinə sirkəyə batırılmış çörək içi qoyularaq ağrısı götürülür, qabar bərkiyəndə 2-3 gün vanna edilərək üzərinə aloye və ya limon dilimi qoymaqla yumşaldılır və pedikür qayçısı ilə ehtiyatla kəsilir.

Ayaq venalarına qulluğun ən yaxşı üsulu 5 dəqiqə isti və 10 saniyə soyuq su ilə kontrast vanna qəbul edilməsidir.

Təmizləyici vanna

1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı sabun ovuntusu əlavə edilərək dabanlar suya qoyulur. Ayaqların dərisini canlandırmaq üçün 3 litr isti suya 1 ovuc dəniz və ya xörək duzu atılaraq vanna qəbul edilir. Vannadan sonra ayaqlar ilıq su ilə yaxalanır.

Masaj

Təmizləyici vannadan sonra barmaqlardan başlayaraq ayaqlara Fitooil Masaj yağı çəkilir. Su prosedurlarını masajla bitirəndə dərinin hamarlığı və elastikliyinə təminat yaranır. Bunun üçün iki quru fırça götürülərək dabandan yuxarıya doğru dairəvi hərəkətlərlə dəri qızarana qədər masaj edilir. Sonra ayaqlara Fitooil Zəyərək (kətan) yağı sürtülür.

Parafinoterapiya

İsidilmiş parafin kütləsinə bərabər miqdarda qatılmış arı mumu və salisil turşusu qarışığı dabandakı çatlar üçün çox faydalıdır. Pambıq tampon vasitəsilə dabanlara parafin çəkilir, quruyandan sonra daha iki-üç qat çəkilir. Bir sutkadan sonra sabunlu-sodalı vanna vasitəsilə parafin yuyulur və dabanlar süngər daşı ilə təmizlənir.

Pedikür

Ayaqlara qulluq zamanı dırnaqlar düz kəsilməlidir. Künclər kəsiləndə dırnaq dəriyə bata bilər. Dırnaq ətrafındakı kutikulu kəsmədən krem vuraraq çubuqla arxaya çəkmək lazımdır.

Adi gigiyenik qaydalara əməl olunmayanda heç bir qulluq fayda verməz. Ayaqlar hər gün yuyulmalı, corablar mütəmadi olaraq dəyişdirilməli, ayaqqabı rahat, yumşaq və dabanı orta hündürlükdə olmalıdır. Həmin profilaktik tədbirlər xoşagəlməz qoxunun, ağrı və göbələk xəstəliklərinin qarşısını alır.

Tərləmə zamanı

Rəngsiz xına və Teader dəmləməsi
Fitoton №1 rəngsiz xınası dəmlənərək ayaqlara çəkilir və quruyana qədər saxlanır, sonra isti su ilə yuyulur və Teader çayından 5-6 filtr-bağlama yarım litr suda 45 dəqiqə dəmlənir, isti suya əlavə edilərək ayaqlar vanna edilir.

Quru dərili ayaqlar üçün

1 çay qaşığı vazelin, 1 ədəd limonun suyu ilə qarışdırılaraq ayaq dərisinin qurumuş hissələrinə sürtülür. Qarışığı dəriyə yaxşı hopdurmaq və hər gün ondan istifadə etmək məsləhətdir.

6-8 ədəd çiyələk əzilərək 2 çay qaşığı zeytun yağı və 1 çay qaşığı duzla qarışdırılır, masaj hərəkətləri ilə ayağa çəkilir. 10-15 dəqiqə sonra ayaqlar soyuq su ilə yuyulur.
Ödemli ayaqlar

1 litr suya iki ovuc çobanyastığı çiçəkləri tökülür, qaynadılandan sonra 1 ədəd limon suyu əlavə edilir və soyudulur. Şişmiş ayaqları alınan məhlulda saxladıqda rahatlaşır və ağrısı azalır. 5 xörək qaşığı Fitooil Küncüt yağı ilə 4 damcı qərənfil yağı qarışdırılaraq ayaqlara masaj edilir. Qarışıq ağzı bağlı qab içərisində saxlanaraq müntəzəm şəkildə istifadə olunur.

Ayaq üçün maskalar

Ayaqlar isti su və sabunla yuyulur. Quruyandan sonra dabanda olan çatlara spirt, daha sonra gənəgərçək yağı sürtülür. 2 saat saxladıqan sonra isə isti suya 4 çay qaşığı talk və çobanyastığı çiçəklərinin dəmləməsi əlavə edilərək ayaqlar vanna edilir.

Yatmazdan əvvəl dabanlara Fitooil Zəyərək (kətan) yağı sürtüləndən sonra corab geyinilərək yatağa uzanılır.

Ayaq üçün istifadə olunan yağlar içərisində üzüm toxumu yağı, E vitamini və zeytun yağı xüsusi yer tutur. Həmin yağlarla maskadan 45 dəqiqə sonra ayaqlar canlanır və rahatlaşır.