Ramazanda necə qidalanmalı?

Ramazanda necə qidalanmalı?

Ramazan ayı hamının həsrətlə gözlədiyi və sevinclə qarşıladığı müqəddəs bir aydır ki, artıq qovuşmuşuq. Bütün müsəlman aləmi bu ayı böyük bir coşğu ilə qeyd edir. Lakin qidalanmaya diqqət yetirmədikdə ciddi problemlər ilə qarşılaşırıq. Oruc tutanlarda qida rejimi birdən-birə dəyişdiyinə görə həzm traktında ciddi dəyişikliklər yaranır. Xüsusilə mədə-bağırsaq sisteminin xroniki xəstəliklərində uyğun kəskinləşmələr və bir sıra patalogiyalar baş qaldırır.

İftarda sürətli və çox miqdarda yemək istehlak etmək mədə xəstəliklərini artırır. Xüsusilə reflüks-ezofagit kəskinləşməsini qeyd etmək lazımdır. Bu xəstəlik zamanı həm qida rejiminin dəyişməsi, həm də birdən-birə çox miqdarda qida qəbulu qida borusunda göynəmə, qıcqırma, gəyirmə və ürəkbulanmanı artırır. Qastrit və reflüks-ezofagit kimi mədə şikayətləri olan şəxslər iftar edərkən yeməyə turşusuz başlamalıdır. Ən yaxşı başlanğıc kiçik bir fincan kompot və ya az yağlı şorba ilə başlamaqdır. Mədə həssaslığı olan insanlar qidaları çox isti və çox soyuq qəbul etməməlidirlər. Bu dövrdə xüsusilə qazlı içkilərdən uzaq durmalı və qidalarında ədviyyatlardan bacardıqca az istifadə etməlidirlər.

Faydalı məsləhət!

Meyvə-tərəvəz turşuları mədəni qıcıqlandırdığına görə istifadəsini azaltmaq, çiy meyvə əvəzinə bol-bol kompot içməyə üstünlük verilməlidir. Yeməkdən dərhal sonra çox miqdarda qəhvə və çay içmək, mədə qapağını boşaldacağına görə reflüks riskini artıra bilər. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi olan insanlarda da oruc tutarkən kəskinləşmələr olur. Buna görə də həmin patologiyası olanlar bu problemləri yaşamamaq üçün əvvəlcədən qastroenteroloq və ya şəxsi terapevti ilə məsləhətləşməlidirlər.

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, mədənin eroziv prosesləri və mədə katarının kəskinləşmələrinin qarşısını almaq üçün çaytikanı yağından istifadə etmək çox effektlidir. Belə ki, çaytikanı yağı E, C, P və B qrupu vitaminləri, omeqa-3, omeqa-6, omeqa-9 üzvi turşuları, fosfolipidlər, makro və mikroelementlərlə (Co, Ni, Mg, Cu, Fe, Ag, Si) zəngindir. Çaytikanı yağı yumşaq toxumaların regenerasiyasını sürətləndirir, iltihabəleyhinə və yarasağaldıcı effekt verir. Həzm traktının selikli qişalarında olan xoraların tez bir zamanda sağalmasını təmin edir. Oruc tutarkən xoralı kolit və düz bağırsağın çatı kimi xəstəliklərdə də ağırlaşmalar, bəzən qanaxmalara qədər gətirib çıxaran kəskinləşmələr baş verə bilər. Fitooil Çaytikanı yağını bir xörək qaşığı gündə üç dəfə yeməkdən iyirmi dəqiqə və ya yarım saat əvvəl qəbul etmək məsləhətdir.

https://fizulihuseynov.com/