Radikulit

Radikulit

Radikulit (radix – kökcük, itis – iltihab) sinir kökcüklərinin iltihabi xəstəliyi olub şiddətli ağrılarla müşayiət olunur. Radikulit xəstəliyinin əsas səbəbi onurğa beyinin ön və arxa buynuzlarından ayrılan sinir liflərinin fəqərəarası dəliyə daxil olaraq birləşib əmələ gətirdiyi kökcüklərin iltihabıdır. Əsas səbəblərdən biri osteoxondroz, travma və fəqərəarası disk yırtığıdır. Digər səbəblərdən onurğanın deformasiyası və müxtəlif dərəcəli skoliozu misal göstərmək olar. Radikulitin ən başlıca səbəbi soyuqdəymə və ya hər hansı bir infeksiyadır. Ağır işlə məşğul olanlarda və professional idmanla (məsələn, ağırlıq qaldırma) məşğul olan insanlarda da radikulit tez-tez rast gəlinir. Radikulit oturaq həyat tərzi keçirən və müalicəvi idmanla məşğul olmayanlar da bu xəstəliyə tutulmaqda istisna deyillər. Radikulit ciddi soyuqlama nəticəsində çox kəskin büruzə verir. Meydana çıxan ağrıların əsas səbəbi nahiyəyə uyğun olan sinir kökcüyünün zədələnməsi, ödemi, iltihabı və orda olan əzələ gərginliyidir.

Radikulit zamanı kəskin ağrılarla yanaşı beldə hərəkət məhdudluğu, yerişin pozulması, iş qabiliyyətinin azalması kimi hallar olur. Qeyri-ixtiyarı olaraq xəstələr antalgik poza alır ki, bu da ağrıların azalmasına yönəlmiş bir xüsusi vəziyyətdir. Radikulit termini hazırkı tibbdə radikulopatiya termini ilə əvəzlənmişdir. Bu termini bütün etioloji faktorları özündə cəmləşdirdiyinə görə daha düzgün hesab etmək olar. Boyun radikulopatiyası baş ağrısı, boyun və yuxarı ətraflara yayılan ağrılarla ifadə olunur. Bu zaman boyun və çiyin qurşağı əzələlərində gərginlik və hərəkət məhdudluğu qeyd edilir. Başgicəllənmə də boyun radikulitinin əsas əlamətlərindən biridir. Boyun radikuliti zamanla vertebro-bazilyar çatışmazlıq və ürək-damar fəaliyyətində pozulmalar kimi əlamətlərin də əmələ gəlməsinə səbəb olur.

Döş radikuliti döş qəfəsində və ürək nahiyəsində ağrılara, təngnəfəslik, bəzən də qəfləti və müvəqqəti tənəffüsün dayanmasına zəmin yaradır. Bu zaman nəfəsalmada ciddi çətinlik yaranır. Əsas səbəb qabırğaarası sinirlərin radikulopatiyasıdır. Əgər güclü iltihab fəqərəarası qanqlionları da əhatə edərsə, bu, herpetik səpkilərlə özünü göstərəcək. Bel-oma radikulopatiyası daha kəskin ağrılarla və kliniki əlamətlərlə meydana çıxır. Bu da onurğanın həmin nahiyəsinin quruluşu və çoxhərəkətli olmasına görədir. Radikulopatiyanın bu formasında ağrılar ya sağ ya da sol aşağı ətraflara irradiasiya edir. Kökcüklərin zədələnməsinin müalicəsi vaxtında aparılmazsa və düzgün taktika seçilməzsə, ciddi hissi, hərəki və trofiki pozulmalar meydana çıxır.

Radikulopatiyanın müalicəsini indiki zamanda müvəffəqiyyətlə aparmaq mümkündür, yetər ki, onun səbəbi dəqiqləşdirilsin və differensial diaqnoz aparılsın. Xəstəliyin travma, iltihab, degenerativ və s. səbəbdən yaranması aydınlaşdırılsın.

Radikulit xəstəliyinin  müalicəsi

Radikulit xəstəliyinin  müalicəsində medikamentoz, fizioterapevtik və idman müalicəsindən istifadə edilir. Alternativ tibbdən isə Ağrımaz krem və hicama (həcəmət) etdirmək faydalıdır.

 

https://fizulihuseynov.com/