Quşəppəyi

Quşəppəyi

Quşəppəyi

Quşəppəyi nədir?

Digər adı Çobançantası (Capsella bursa pastoris) olan bu bitki xaççiçəklilər fəsiləsinə aiddir. Bitki öz adını çoban çantasına bənzəyən ürək formalı meyvədən almışdır. Ürək formalı quruluşa malik meyvəsi olan quşəppəyi çox da tanınan bir bitki deyil. Bəzi bölgələrdə isə çobankisəsi, səndəl tikanı, dəvəburma, çobançantası və çınqılotu kimi adlarla adlandırılır. Yaponlar əsrlər boyu bu otu müalicəvi məqsədlər üçün istifadə etmişlər, bu gün də bu bitkidən istifadə etməyə davam edirlər. Vətəni Aralıq dənizi bölgəsi olan quşəppəyi mülayim iqlim şəraitində bitir. Tərkibində dəmir, kalium, kalsium və fosfor kimi faydalı minerallar var.

Quşəppəyinin faydaları

Quşəppəyinin faydaları nələrdir?

Dərman bitkiləri kateqoriyasına daxil olan bu bitkinin faydaları çoxdur:

  1. Orqanizmdə yaranan iltihabi xəstəliklərə qarşı çox faydalıdır. İltihab əleyhinə xüsusiyyətlərə malik olan bu bitki həm də orqanizmi təmizləyir.
  2. Tərkibindəki saponin və peptid sayəsində qanın laxtalanmasını artırır. Qanaxmalar zamanı, xüsusilə də burun qanaxmasının dayandırılmasında çox faydalıdır.
  3. Bağırsağın iş mexanizmini tənzimləyən bu bitki qəbizliyin qarşısını alır və həzm sisteminin işini tənzimləyir. Bağırsaq sancılarını aradan qaldırır.
  4. Qadınlarda menstrual qanaxmaların qarşısını almaq üçün tətbiq olunur. Menstruasiya öncəsi stresi azaltmağa kömək edir.
  5. Düzənsiz menstrual qanaxmaların nizamlanmasında da təsirlidir.
  6. Arterial təzyiqi tənzimləyən quşəppəyi ürək üçün faydalıdır.
  7. Quşəppəyi ağız boşluğu xəstəliklərində, diş ağrılarında və ağız yaralarında yarasağaldıcı təsirinə görə istifadə olunur.
  8. Böyrək və qaraciyərin funksional vəziyyətini tənzimləyir.
  9. Bağırsaq çatları və babasil zamanı faydalıdır.
  10. Tərkibi kalsiumla zəngin olduğuna görə sümük sağlamlığı üçün faydalıdır.

Adətən quşəppəyi qurudulmuş ot şəklində istifadə olunur, lakin onu yağ və çay şəklində də qəbul etmək olar. May-iyun aylarında çıxan bu bitki kölgədə qurudulur və hava keçirməyən qablarda saxlanılır. 1 çay qaşığı quşəppəyi 1 stəkan qaynar suda on dəqiqə dəmlənərək gündə ən az iki dəfə qəbul edilə bilər. Quşəppəyi ilə oynaqlarda və dəri altında yığılan iltihablar təmizlənir. Qan dövranını sürətləndirərək orqanizmdə olan zərərli maddələri xaric edən quşəppəyi (çobançantası) qanın laxtalanmasını təmin edir. Tez-tez burun qanaması olanlar və ya qan durulaşdıran dərmanlardan istifadə səbəbindən qulaq qanaması olanlar bu bitkidən istifadə edə bilərlər. Ancaq istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Bu bitkinin həkim məsləhəti olmadan istifadəsi sağlamlıq problemlərinə səbəb olacaq.

Herba Flora şirkətinin Profemin çayı tərkibindəki quşəppəyi sayəsində uşaqlıq və uşaqlıq yolu qanaxmalarında güclü qankəsici effekt verir, eyni zamanda iltihab əleyhinə təsir də göstərir. Uşaqlığın daxili divarında mikrosirkulyasiya və regenerasiyasını sürətləndirərək endometriyanın bərpasını təmin edir. İltihab əleyhinə xüsusiyyətinə görə uşaqlıq yolunda yaranan iltihabı aradan qaldırır. Bağırsaqların işinə müsbət təsir etdiyi üçün babasil zamanı qanaxmaların qarşısını alır.

https://fizulihuseynov.com/

https://herba-flora.com