Qurd xəstəlikləri (helmintozlar)

Qurd xəstəlikləri (helmintozlar)

İnsan sağlamlığına ciddi təhlükə törədən amillərdən biri parazitar xəstəliklərdir ki, bu da dövrümüzün ən aktual məsələlərindən biridir. Qurd xəstəlikləri çox müxtəlif növ törədicilər tərəfindən, uşaq yaşlarından yoluxaraq illərlə, bəzən insanın ömrü boyu davam edir. Yaz və yay aylarında helmintlərlə yoluxmanın daha da çoxalması meyvə-tərəvəzlərdən istifadənin artması və uşaqların həyət-bacada oynayarkən torpaqla təmaslarının çoxalmasıdır. Elə hallar olur ki, qurd xəstəliyi üçün terapevtik müalicə deyil, cərrahi müdaxilə vacib olur. Qurd xəstəliklərinin (helmintozlar) törədiciləri həlqəvi, lentşəkilli və sorucu qurdlardır. Əksər valideynlər qurd xəstəliklərini o qədər də ciddi qəbul etməyib parazitlərin inkişafda olan uşaq orqanizminə nə qədər mənfi təsir göstərdiyinə inanmaq istəmirlər.

 

Askaridoz və enterebioz həm uşaqlar, həm də böyüklər arasında çox geniş yayılmışdır. Askarid insanın nazik bağırsağında, enterebiozun törədicisi bizquyruq isə yoğun bağırsaqda yaşayır. Enterebioz və askaridoz nisbətən müalicəyə tabe olan xəstəliklər hesab olunur. Belə ki, bir sıra kimyəvi və bitki tərkibli preparatlar vardır ki, onlara öldürücü təsir göstərir. Lakin müalicə tam axıra çatdırılmasa və gigiyenik qaydalara əməl olunmasa, yenidən qurd xəstəliyi inkişaf edir. Askaridoz xəstəliyində bəzən qurdlar nazik bağırsaqda o qədər artıb-çoxalır ki, böyük bir yumaq halında toplaşaraq bağırsaq keçməzliyi törədə bilirlər. Bəzən belə hallarda cərrahi müdaxilə qaçılmaz ola bilər. Enterebioz xəstəliyində şəxsi gigiyena qaydalarının gözlənilməsi çox vacibdir, çünki, bu xəstəlikdə bizquyruq törədicisi insanın özünüyoluxdurma yolu ilə təkrarlanır. Profilaktika məqsədi ilə uşaqların dırnaqları tez-tez dibdən kəsilməli, alt paltarları tez-tez dəyişilib yuyulub-ütülənməli, gün ərzində əlləri bir neçə dəfə sabunla təmiz yuyulmalı və gecə yuxusuna nəzarət edilməlidir.Donuz soliteri (tenioz) və öküz soliteri (teniarinxoz) isə lentşəkilli qurdlara aiddir ki, bunlar uzun illər insanın nazik bağırsağında yaşayırlar. Bu qurdların yetişərək yoluxdurucu qabiliyyətə malik olan, qopmuş buğumlarını insanın nəcisində görmək mümkündür. Donuz soliterinə donuzçuluq daha çox inkişaf etmiş əhali arasında rast gəlinir. Uzun illər bağırsaqda yaşamış qurdların müalicəsi çox çətinlik törədir. Exinokokkoz, lyambliyoz da çətin müalicə olunan helmintozlardandır.

Helmintozların müalicəsi

Ümumiyyətlə, qurd xəstəlikləri hipovitaminoz, avitaminoz, iştahanın pozulması, intoksikasiya, ürəkbulanma, qusma, dəridə ləkələr, allergik reaksiya, yuxusuzluq və əsəbilik kimi halların meydana gəlməsinə səbəb olur. Belə xəstələrdə hemoqlobinin kəskin aşağı düşməsi müşahidə olunur. Ananın hər hansı ciddi helmintoz xəstəliyi dölün ciddi inkişaf qüsuruna səbəb ola bilər. Helmintozlardan qorunmaq üçün hər birimiz həm övladlarımızın, həm də özümüzün şəxsi gigiyenamıza diqqət etməli, məişətdə qida məhsullarının təmiz yuyulmasına və bişirilməsinə əməl etməliyik. Helmintozların əmələ gəlməsində və yayılmasında hər gün istifadə etdiyimiz göyərtilərin rolu çox böyükdür. Buna görə də göyərtilərin istifadəsindən əvvəl yuyulmasına xüsusi diqqət tələb olunur. Belə ki, yarpaqlar kökündən ayrılmalı, bol suda isladılmalı, dəfələrlə suyunu dəyişdirməklə yuyulmalı və nəhayət bol suda saxlanmalıdır. Yaxşı olar ki, suya bir qədər sirkə və ya abqora əlavə olunsun. Demək olar ki, göyərti nə qədər yuyulsa da torpaqla təmasda olan hissələrində sistalar qala bilər.

Buna görə də, ən etibarlı üsullardan biri göyərtinin kökünü iki-üç sm yuxarıdan kəsib atmaqdır.Buna görə də, ən etibarlı üsullardan biri göyərtinin kökünü iki-üç sm yuxarıdan kəsib atmaqdır.Yarana biləcək bütün fəsadların qarşısını almaq üçün müalicəyə vaxtında başlamaq olduqca vacibdir. Bildiyimiz kimi, yay aylarında qurd xəstəliklərinin kimyəvi müalicəsindən ehtiyat edilir. Bunu nəzərə alaraq təbii tərkibli Teazol çayı, Qurdason şərbəti, Nat-sarımsaq kapsulu, Fitooil balqabaq yağından istifadə edə bilərsiniz. Həm müalicə, həm də profilaktika məqsədilə istifadə edilə bilən bu məhsullar ailənizi ilin bütün fəsillərində parazitlərdən müdafiə edəcəkdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com