fbpx
Close

Qida toksikoinfeksiyası

Qida toksikoinfeksiyası

Yay aylarında havaların çox isti keçməsi ilə əlaqədar ətraf mühitdə xəstəliktörədən mikroorqanizmlərin sayı çoxalır. Bu da insanlar arasında bağırsaq infeksiyalarının və qida zəhərlənmələrinin artmasına səbəb olur. İnsan orqanizminin zəhərlənməsinin çox müxtəlif səbəbləri məlumdur. Bura qida zəhərlənməsi, havanın zərərli maddələrlə çirklənməsi nəticəsində baş verən zəhərlənmə, mikroorqanizm və zərərli maddələrlə çirklənmiş su hövzələrindən istifadə zamanı yaranan zəhərlənmələr aiddir.

Zəhərlənmələr içərisində qida toksikoinfeksiyası geniş yayılmış və çoxəhatəli mövzudur. Canlı mikroorqanizmlərlə çirklənmiş qida məhsulları təmiz yuyulmaz, düzgün saxlanmaz və bu şəkildə istifadə olunarsa, toksikoinfeksiya deyilən qida zəhərlənməsi baş verir. Bu da çox ciddi fəsadlara, bəzən xəstələrin həyatını itirməsinə gətirib çıxarır. Yuyulmamış qida vasitəsi ilə mədə-bağırsaq sisteminə düşmüş canlı mikroorqanizmlər qısa zaman kəsiyində çox sürətlə artıb çoxalır. Onların başgicəllənmə, ishal, qusma, ürəkbulanma, ümumi halsızlıq, zəiflik, hərarətin yüksəlməsi, dəri quruluğu, əsəbilik, oyanıqlıq və yuxusuzluq kimi ümumi simptomları meydana çıxır.

Bəzən qida zəhərlənməsi bağırsaq keçməzliyi, qanlı ishal, su-duz mübadiləsinin ciddi pozğunluğu və hipovolemiya kimi daha ağır simptomokomplekslərlə müşayiət olunur. Bu zaman müalicə çox ciddi səy tələb edir. Qida zəhərlənməsində törədicinin növündən asılı olaraq da spesifik simptomlar ola bilər. Ümumilikdə mədə-bağırsaq pozulmasından və yaxud da qida zəhərlənməsindən şübhələnərkən xəstənin son sutka və ya 5-6 saat ərzində nə ilə qidalanması barədə məlumat toplamağın diaqnostika baxımından faydası vardır.

Toksikoinfeksiya səbəbi

Zəhərlənməyə səbəb olan salmonella iribuynuzlu ev heyvanları, suda üzən ev quşları, ət və ət məhsulları, ev quşlarının yumurtaları və gəmiricilərdən insanlara yoluxur. Quş yumurtalarından mayonez, kremlər, dondurmalar, müxtəlif salatlar hazırlanır. Dondurma ölümlə nəticələnə bilir. Aerob və anaerob törədicilərin bəzi növləri vardır ki, 300 dərəcə hərarətə tolerantlıq göstərir. Bunlara bəzi göbələk növləri, çəyirdəkli meyvələpəsinin və göbələk xəstəliyinə tutulmuş qidaların yeyilməsi səbəb olur. Çox zaman zəhərlənmə konservləşdirilmiş, köhnəlmiş balıq məhsulları, vaxtından əvvəl kimyəvi üsullarla və həddindən artıq gübrədən istifadə edərək yetişdirilmiş tərəvəzlərin yeyilməsi zamanı baş verir. Belə tərəvəzlərə qarpız, ağ lobya və kartofu misal göstərmək olar.

Zəhərlənmələr yaz və yay aylarında daha çox yayıldığı üçün bu aylarda insanlar xüsusilə diqqətli olmalıdırlar. Qida toksikoinfeksiyaları zamanı erkən müalicəyə başlamağın böyük əhəmiyyəti vardır. Qastren çayı və Dianat şərbəti tərkibində olan büzücü, antiseptik və iltihabəleyhinə bitkilərə görə tez bir zamanda ishalın qarşısını alır. Nəticdə bağırsaqların peristaltikasını zəiflədərək su itkisini aradan qaldırır. Beləliklə, ishal nəticəsində pozulmuş su-duz balansını bərpa edir.

https://fizulihuseynov.com/