fbpx
Close

Prostat vəzin adenoması

Prostat vəzin adenoması

Prostat vəzin böyüməsi tibbi ədəbiyyatda məlum olduğu kimi xoşxassəli prostat hiperplaziyası və ya xoşxassəli prostat hipertrofiyası (XPH), 50 yaşdan yuxarı kişilərin əksəriyyətinə təsir edən əhəmiyyətli bir sağlamlıq problemidir. Prostatın xoşxassəli hiperplaziyasının əsas səbəbi kişi cinsi hormonu olan testosteron miqdarının azalmasıdır. Burada nəzərdə tutulan əsas məqam böyümənin prostat vəzi xərçəngi ilə bağlı olub-olmamasıdır. XPH-nin ən ümumi simptomu sidik ifrazının çətinləşməsidir. Bu şikayət yaşla artmağa meyillidir. Prostat böyüməsinə görə şikayətlər müxtəlif dərman və ya əməliyyatla müalicə edilə bilər. Müxtəlif səbəblərdən prostat həcminin artmasına prostatın böyüməsi deyilir. Yaş artdıqca əksər kişilərdə prostat vəzin həcmi artır. Yaşla əlaqəli bu böyümə prostatın xoşxassəli böyüməsi adlanır.

Prostat böyüməsi ümumiyyətlə olduqca yavaş inkişaf etdiyinə görə kişilər bu dəyişikliyi erkən mərhələlərdə görmürlər. 40 yaşınadək kişilərdə xoşxassəli böyüməyə nadir hallarda rast gəlinir. 50 ilə 59 yaş arasındakı 100 kişidən 20-sində əmələ gəlir. Prostatın böyüməsi simptomları böyümə dərəcəsindən asılı olaraq dəyişir. Şikayətlər ümumiyyətlə 50 yaşdan sonra başlayır və yaşla birlikdə artır. Simptomlar prostat tərəfindən sidik kanalının və sidik kisəsinin daralmasının nəticəsidir. XPH ilə əlaqəli ən çox görülən şikayət zəif sidik axınıdır. Digər simptomlara aşağıdakılar daxildir:

  • Sidik axınının gec başlaması,
  • Tez-tez sidiyəgetmə ehtiyacı hissi

  • Sidik ifrazının sonunda damcılama

  • Gündüz və xüsusilə gecə tez-tez sidik ifrazı

  • Sidik kisəsinin ləng boşaldılması

  • Sidik kisəsində qalıq sidik hissi

  • Tez-tez sidik yolu infeksiyaları

  • Sidik kisəsində daş əmələ gəlməsi

Bəzi xəstələr simptomlara uyğunlaşır və bunu nisbətən idarə edə bilərlər. Bəzən simptomlar müvəqqəti olaraq yaxşılaşır. Bununla birlikdə, sidik ifrazı ilə bağlı simptomlar bir insanın həyat keyfiyyətinə ciddi təsir göstərir. Prostat böyüməsi olan bəzi kişilərdə tez-tez təkrarlanan sidik yolu infeksiyaları və sidik kisəsi daşları olur. Prostatın ölçüsü ilə şikayətlərin şiddəti arasında hər zaman birbaşa əlaqə ola bilməz.

Təbabətdə müalicəsi

Prostatın xoşxassəli böyüməsinin müalicəsində ümumiyyətlə təcili vəziyyət olmur. Təbii müalicə ilk mərhələlərdə effekt verəcəkdir. Bu məqsədlə cırtdan palma meyvəsindən istifadə etmək məsləhətlidir. Herba flora şirkətinin Nat-Prostat kapsullarının tərkibi cırtdan palma meyvəsinin ekstraktı ilə yanaşı gicitkən, zəncəfil və udi-hindi ilə də zəngindir ki, bu məhsullar birlikdə XPH da çox müsbət təsir göstərir. Bununla birlikdə, bəzi xəstələrdə sidik ifrazında ciddi çətinlik və ya birdən sidik çıxara bilməməsi inkişaf edə bilər. Bu təcili vəziyyətdir və tez müalicə almaq vacibdir. Bu hallarda əvvəlcə kateter yerləşdirilərək sidik kisəsi boşaldılır. Bir neçə gündən sonra prostat vəzi normal sidik axınını bərpa etmək üçün cərrahi yolla kiçilir. Sidik kisəsində sidik tutulması ilə xarakterizə olunan sidiktutma adlanan bu təcili vəziyyət nisbətən nadirdir. Orta hesabla prostat vəzin genişlənməsi ilə 100 kişidən 1-3-də rast gəlinir.

Təcili olmayan hallarda, müalicəyə qərar vermədən əvvəl müxtəlif seçimlərin üstünlükləri və mənfi cəhətləri barədə məlumat vermək vacibdir. Əməliyyatdan əvvəl bu, xüsusilə lazımdır, çünki cərrahi müdaxilə istənməyən yan təsirlərə və uzunmüddətli ağırlaşmaya səbəb ola bilər. Yüngül şikayətləri olan və heç bir fəsadı olmayan xəstələr ildə bir dəfə həkim müayinəsinə getməlidirlər. Bu xəstələrdə həkim həyat tərzini dəyişdirməyi tövsiyə edir və digər müalicələrə ehtiyac olub-olmadığını təyin edir.

https://fizulihuseynov.com/