fbpx
Close

NAT-QARA ZİRƏ (Nigella sativa)

Bir kapsulun tərkibi:

Qurudulmuş qara zirə (Nigella sativa) toxumlarının poroşoku –400 mq.

Köməkçi maddə: kapsul örtüyü (jelatin).

Məhsulun xüsusiyyətləri:

Nat-Qara zirə bakteriyaların (Staphylococcus albus, Escherichia coli, Salmonella typhi, Fibrio cholera), göbələk və virus fəaliyyətini azaldıcı təsirlərə malikdir. Mikrosirkulyasiyanı və trofik yaraların sağalmasını sürətləndirir. Antioksidant təsirə malikdir. Şiş hüceyrələrinin böyüməsini və nekrozunu ləngidir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini bərpa edir. Yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansının tənzimlənməsində iştirak edir, cinsi qabiliyyəti normallaşdırır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • İmmun sistemin zəifləməsi ilə gedən xəstəliklər
  • Bağırsaq infeksiyaları
  • Virus infeksiyaları
  • Dəri çatları, çətin sağalan yaralar, neyrodermit
  • Göbələk infeksiyaları
  • Hipertoniya
  • Şəkərli diabet
  • Cinsi zəiflik
  • Xərçəng profilaktikası
  • Metabolik xəstəliklər
  • Allergik xəstəliklər, qida allergiyaları
  • Bronxial astma, bronxitlər
  • Xronik zəhərlənmələr
  • Hormonal disbalans
  • Stress və psixoemosional gərginlik
  • Yuxusuzluq
  • Həzmin pozulması və köp
  • Babasil
  • Xroniki ağrı sindromu
  • Hipodinamiya.

İstifadə qaydası:

Böyüklər: gündə 3 dəfə, hər dəfə 1 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur. Tövsiyə olunan müalicə kursu 3 aydır.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü. İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün onlarla birlikdə qəbulu tövsiyə olunmur.

18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25 0C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul normal qidalanmanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

İstehsalçı: “Herba Flora” MMC

www.herba-flora.com

info@herba-flora.com

Category: Product ID: 2694

Description

Qara zirə bitkisi qədim zamanlardan əhali arasında nəinki ədviyyat, həm də müalicə məqsədi ilə geniş istifadə olunub. Bu bitkinin faydaları saymaqla bitmir. Sizə haqqında danışacağımız məhsul Herba Flora şirkətinin məhz qara zirə tərkibli Nat-Qara zirə kapsuludur.

Nat-Qara zirə kapsulu tərkibindəki çoxsaylı faydalı təbii komponentlər hesabına bir çox xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunan yüksək effektiv vasitədir. Kapsulun tərkibi efir yağları ilə zəngin olduğu üçün ağrıkəsici, antibakterial, göbələk və virusəleyhinə təsirlərə malikdir. Bir çox virus, göbələk və bağırsaq infeksiyaları zamanı Nat-Qara zirə kapsulu immun sistemi qüvvətləndirir, orqanizmin bu infeksiyalara yenidən yoluxmasının qarşısını alır.

Yüksək arterial təzyiqdən əziyyət çəkən xəstələrdə Nat-Qara zirə kapsulu periferik damarları genişləndirir, təzyiqi normallaşdırır. Kapsul şəkərli diabet xəstələri üçün də faydalıdır. Belə ki, tərkibində çoxlu sayda vitamin və minerallar hesabına bu xəstələrdə maddələr mübadiləsini sürətləndirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır.

Bronxial astma və bronxitlər zamanı Nat-Qara zirə kapsulu histamin ifrazını azaldır, antihistamin və bronxolitik təsir göstərir. Bronxlarda yaranmış spazmı və ödemi aradan qaldırır. Allergik xəstəliklər, qida allergiyaları zamanı da Nat-qara zirə kapsulu məhz antiallergik effekti sayəsində gözəl təsir göstərir.

Nat-Qara zirə kapsulu müxtəlif metabolik xəstəliklər və bu xəstəliklər nəticəsində yaranmış həzm pozğunluğu, köp və s. kimi əlamətlər zamanı həzm fermentlərinin aktivliyini artırır, bağırsaq mikroflorasını tənzimləyir və ağrıkəsici təsir göstərir .

Nat-Qara zirə kapsulu yuxarıda sadaladığımız effektləri ilə yanaşı, həm də toxumaların sinir təchizatını yaxşılaşdırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini normallaşdırır. Stress, psixoemosional gərginlik, yuxusuzluqdan əziyyət çəkən insanlarda Nat-Qara zirə kapsulu daxilə müntəzəm şəkildə qəbul edilərsə, yaranmış problemləri tez bir zamanda aradan qaldırır.

Herba Flora şirkətinin Nat-Qara zirə kapsulu hər dəfə iki kapsul olmaqla gündə üç dəfə, üç ay müddətində daxilə qəbul edilməlidir. Yuxarıda sadaladığımız bir çox xəstəliklərdən əziyyət çəkirsinizsə, siz də tam təbii, bitki tərkibli Nat-Qara zirə kapsulu için, sağlam olun!

https://herba-flora.com/

https://fizulihuseynov.com/