fbpx
Close

TEAKARD ÇAYI (Təzyiq əleyhinə çay)

Tərkibi: Beşdilimli damotu otu, gülümbahar çiçəyi, qar­ğı­dalı saçağı, dərman bədrənc otu, çöl qatırquyruğu otu, məkkəgülü çiçəyi, ginkqo-biloba yarpağı.

Kimyəvi tərkibi: Beşdilimli damotu otunun tərkibində qlikozidlər, alkaloidlər, efir yağları, flavonoidlər, aşı maddələri, karotin, vitamin C və mineral duzlar vardır. Dərman gülümbahar çiçəyinin tərkibində karotinoidlər, üzvi turşular, vitamin C və s. vardır. Qarğıdalı saçağının tərkibində efir yağları, yağ turşuları, saponinlər, qlikozidlər, aşı maddələri, K, E və B qrupu vitaminləri vardır. Dərman bədrənc otunun tərkibində efir yağları, askorbin turşusu, acı maddələr və selik vardır.

Farmakoloji təsiri: Koronar və periferik qan damarlarını genişləndirir, zəif sidikqovucu effekt verir, hipotenziv təsir göstərir. Koronar qan dövranını, ürəyin oksigen və qida maddələri ilə təminatını yaxşılaşdırır, miokardın oksigenə qarşı tələbatını azaldır. Ürəyin keçirici sisteminə təsir etmədən taxikardiyanı aradan qaldırır. Qanda qlükozanın, süd və piroüzüm turşusunun, xolesterinin, lipidlərin miqdarını azaldır, ateroskleroz əleyhinə təsir göstərir.

 İstifadəsinə göstəriş:

  • Hipertoniya xəstəliyinin I-II mərhələsi
  • Simptomatik hipertenziyalar
  • Stenokardiya (gərginlik, sakitlik)
  • Ateroskleroz
  • NSD (hipertonik və kardial tip)

Əks göstəriş:

  • Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
  • Hipotoniya.

İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl daxilə qəbul edilir. Müalicə kursu 45 gündür, 10 günlük fasilədən sonra kurs təkrar olunur.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Kateqoriya: , Product ID: 2808

Description


Müasir dövrümüzdə əhalinin böyük əksəriyyəti arterial hipertoniya, şəkərli diabet, aterosklerozdan əziyyət çəkir. Bu xəstələrdə hər zaman ürək-damar sistemində, beyində və digər daxili orqanlarda baş verə biləcək fəsadları aradan qaldırmaq üçün təzyiqi nəzarət altında saxlamaq lazım gəlir. Adətən bu qrupdan olan xəstələr hipotenziv, antikoaqulyant (qandurulaşdırıcı), damarmöhkəmləndirici preparatlar qəbul edirlər. Həm hipertoniya xəstəliyi olan, həm də simptomatik hipertenziyası olan xəstələr bu preparatları ömür boyu qəbul etmək məcburiyyətində olurlar. Bəzən bu preparatların qəbulunun belə yetərincə effekti olmur.

Təsiri

Herba Flora şirkətinin Teakard çayını həmin preparatlarla yanaşı, yaxud müalicələrarası müddətdə qəbul edə bilərsiniz. Çayın tərkibindəki damotu, ginkqo-biloba yarpağı, melissa (bədrəncotu) ürək-damar sisteminə hipotenziv təsir edərək arterial təzyiqi normallaşdırır. Həmçinin ginkqo-biloba antikoaqulyant təsir edərək beyin və ürək qan dövranını yaxşılaşdırır. Melissa otu isə ürəyin oksigenizasiyasını artırır, beləliklə qan və oksigen ilə təchizatını normallaşdırır. Məkkəgülü rutinəbənzər maddə ilə zəngin olduğuna görə damar divarının elastikliyini yaxşılaşdırır, keçiriciliyini azaldır, qan damarlarını möhkəmləndirir. Çöl qatırquyruğu otu və qarğıdalı saçağı sidikqovucu təsir edərək dövran edən qanın ümumi həcmini azaldır, bədəndən artıq mayeni xaric edərək ödemləri aradan qaldırır.

Hamiləlikdə təsiri

Bundan əlavə, hamiləliyin ikinci, üçüncü trimestrində də dölün çəkisinin artması ilə əlaqədar ürəyin üzərinə böyük yük düşür. Nəticədə hamilələrdə aritmiya, taxikardiya və arterial təzyiqin artması kimi simptomlar müşahidə olunur. Hamiləlik zamanı seçim preparatı olaraq həm ana, həm də dölün orqanizminə ziyan vurmamaq üçün bitki tərkibli preparatlar daha məqsədəuyğundur. Hamilələr də Herba flora şirkətinin Teakard çayını rahatlıqla istifadə edə bilərlər. Teakard çayı tərkibində olan damotu, melissa (bədrəncotu) və məkkəgülü hesabına hamilələrdə arterial təzyiqi normallaşdırır və sinir sisteminə sakitləşdirici təsir edir. Qarğıdalı saçağı və çöl qatırquyruğu sidikqovucu təsir edərək artıq ödemi orqanizmdən xaric edir.

Müxtəlif səbəblərdən gündəlik həyatımızda əsəbilik, narahatlıq, stress və həyəcan kimi hallarla tez-tez qarşılaşırıq. Bu da çox zaman ürək qan-damar və mərkəzi sinir sistemində müxtəlif fəsadlara gətirib çıxarır. ​Düzgün və zamanında aparılmayan müalicə, əsəb, stress və bu səbəbdən artan arterial təzyiq, insult kimi ağır patologiyalara yol aça bilər. Buna görə də siz Herba Flora şirkətinin Teakard çayını qəbul etsəniz, həm sinir sisteminin pozulması, həm də digər səbəblərdən artan arterial təzyiqini asanlıqla tənzimləyə bilərsiniz.

https://herba-flora.com/

https://fizulihuseynov.com/