Məhsullar

Tozağacı Tumurcuğu

İstifadəsinə göstəriş: Ödqovucu, sidikqovucu, dezinfeksiyaedici və zəif bəlğəmgətirici tərisə malikdir. Böyrək və ürək mənşəli ödemlərdə, eləcə də hepatitlər, xolesistitlər,öd kisəsinin diskineziyası, bronxitlər zamanı daxilə, kiçik kəsiklər, yumşaq toxumaların travmaları, irinli yaralar, yataq yaraları, trofik xoralar və ekzemada islatma və vanna şəklində təyin olunur.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/4-1/3 stəkan yeməkdən 15 dəq. Əvvəl daxilə qəbul edilir.

Diqqət! Böyrəyin funksional çatışmazlığı zamanı preparat ehtiyatla istifadə olunmalıdır. Hər hansı şikayət əmələ gəldikdə preparatın qəbulu dayandırılmalıdır.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar