Məhsullar

Teaxoli̇n Çayı (Ödqovucu Çay)

Tərkibi: Solmazçiçəyi çiçəyi, boymadərən otu, keşniş toxumu, istiotlu nanə yarpağı.

Kimyəvi tərkibi: Solmazçiçəyi çiçəyinin tərkibində flavonoid qlikozidlər, flavonoidlər, aşı maddələri, efir yağları, K və C vitaminləri və s. vardır. Boymadərən otunun tərkibində axillein alkaloidi, aşı maddələri, qətran, efir yağları, karotin və s. vardır. Keşniş toxumunun tərkibində 2%-dən çox efir yağı, rutin, C vitamini, karotin, zülali maddələr, mikroelementlər və s. vardır. İstiotlu nanə yarpağının tərkibində izovalerian və sirkə turşusunun mentol ilə efirləri, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. maddələr vardır.

Farmakoloji təsiri: Xolelitik, xolekinetik, xolesekretik təsir göstərir. Ödün tərkibində öd turşularının konsentrasiyasını azaldır, xolatların və bilirubinin miqdarını artırır. Öd kisəsi və öd yollarına antiseptik, iltihab əleyhinə və spazmolitik təsir göstərir, ödün öd kisəsinə və onikibarmaq bağırsağa tökülməsini asanlaşdırır. Mədəaltı vəzin sekresiyasını stimulyasiya edir, həzmi yaxşılaşdırır, qəbizliyi və köpü aradan qaldırır.

İstifadəsinə göstəriş:

  • Daşsız xolesistit, xolangit
  • Öd yollarının diskineziyası
  • Xroniki hepatit, hepatoz
  • Lyamblioz

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu 30 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar