TEAQRİP ÇAY (Qrip Əleyhinə Çay)

TEAQRİP ÇAY (Qrip Əleyhinə Çay)

Tərkibi: Evkalipt yarpağı, istiotlu nanə yarpağı, gülümbahar çiçəyi, kəklikotu otu, adaçayı yarpağı, aptek çobanyastığı çiçəyi, məkkəgülü çiçəyi, andız kökü, dazıotu otu, şirin biyan kökü, cökə çiçəyi, çay yarpağı.

Farmakoloji təsiri: Qrip əleyhinə çay yuxarı tənəffüs yolları və ağız boşluğunun selikli qişasına antiseptik, itihab əleyhinə, büzücü, bürüyücü təsir göstərir, bədəni tərlədir və qızdırmanı salır. Bakterisid (qrammüsbət və qrammənfi bakteriyalara, ibtidailərə), funqisid, antivirus təsirləri var. Tənəffüs yollarının yerli müdafiə funkasiyasını gücləndirir, immunomodulyator effekt verir, selikli qişaların mikrosirkulyasiya və regenerasiyasını yaxşılaşdırır. Öskürək əleyhinə təsir göstərir.

İstifadəsinə göstəriş: Qrip, soyuqdəymə, zökəm (rinit), quru öskürək, laringit, faringit, traxeit, adenoidit, stomatit, gingivit, parodontit.

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

Qarqara üçün: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir.

İnhalyasiya üçün: Dəmləmə eyni qaydada hazırlanır. Gündə 3-4 dəfə isti dəmləmə ilə inhalyasiya edilir.

Daxilə istifadə üçün:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 10 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Qrip Əleyhinə Çay

Oxşar Məhsullar