Məhsullar

TEABRONX ÇAYI (Bəlğəmgətirici çay)

Tərkibi: Şirin biyan kökü, dəvədabanı yarpağı, böyük bağayarpağının yarpağı, kəklikotu, razyana toxumu, istiotlu nanə yarpağı.

Kimyəvi tərkibi: Şirin biyan kökünün tərkibində qlisirrizin, qlisirrizin turşusu, onun K və Ca duzları, efir yağları, C vitamini və s. vardır. Dəvədabanı yarpağının tərkibində tussilyagin qlikozidi, efir yağları, aşı maddələri, selik, C vitamini və s vardır. Böyük bağayarpağı yarpağının tərkibində aukubin qlikozidi, flavonoidlər, aşı maddələri, C və K vitaminləri və s. vardır. Kəklikotunun tərkibində timol, karvakrol, borneol efir yağları və s. vardır. Razyana toxumunun tərkibində anetol, fenxon, pinen və s. terpenlərdən ibarət efir yağları, az miqdarda cirə turşusu vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri, eyni zamanda üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. maddələr var.

Farmakoloji təsiri: Tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini və kiprikli epitelin hərəki aktivliyini artırır. Bəlğəmi durulaşdırır və xaric olmasını sürətləndirir. Öskürək və tənəffüs mərkəzlərinin qıcıqlanmasını azaldır, bronxların spazmını və təngnəfəsliyi aradan qaldırır, öskürək əleyhinə təsir göstərir. İltihab əleyhinə, antiseptik, antiallergik təsirə malikdir. İnterferon sintezini artıraraq, orqanizmin immun müqavimətini yüksəldir.

İstifadəsinə göstəriş:

  • Traxeit

  • Kəskin və xroniki bronxit

  • Pnevmoniya (krupoz və bronxopnevmoniya)

  • Bronxial astma

  • Göyöskürək

 Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu 14 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar