Close

QASTREN ÇAYI (Mədə-bağırsaq üçün çay)

Tərkibi: Aptek çobanyastığı çiçəyi, adi palıd qabığı, dərman adaçayı yarpağı, istiotlu nanə yarpağı, qara zirə meyvəsi.

Kimyəvi tərkibi: Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen və s.), flavonoidlər, karotin, C vitamini və s. vardır. Adi palıd qabığının tərkibində 29% aşı maddələri, flavonoidlər, selik, nişasta, zülali maddələr və s. vardır. Adaçayı yarpağının tərkibində flavonoidlər, alkaloidlər, aşı maddələri, üzvi turşular, P və PP vitaminləri, fitonsidlər, efir yağları və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağları, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır. Qara zirə meyvəsinin tərkibində 40% – ə qədər aşı maddələri, 30% – ə qədər nişasta, saponinlər, flavonoidlər, makro- və mikroelementlər və s. maddələr vardır.

Farmakoloji təsiri: Büzücü, bürüyücü, qankəsici, antiseptik, iltihabəleyhinə, spazmolitik və köpəleyhinə təsir göstərir, kapilyar qan dövranını, regenerasiyanı və eroziyaların sağalmasını sürətləndirir.

İstifadəsinə göstəriş:

  • Müxtəlif etiologiyalı ishallar
  • Enterit, kolit
  • Dizenteriya, salmonellyoz
  • Hipoasid qastrit
  • Disbakterioz.

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu 10 gündür.

İshallarda çayın dəmləməsindən imalə şəklində də istifadə olunur. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını bədən çəkisinə uyğun olaraq artırmaq lazımdır.

Buraxılış forması: 25 filtr-bağlama.

 

Kateqoriya: , Product ID: 2874

Description

Havaların istiləşməsi ilə əlaqədar bağırsaq infeksiyalarının, qida zəhərlənmələrinin baş vermə halları artır. Baş verən ishal və qusma uşaq orqanizmində necə ağır nəticələr verəcəyi məlumunuzdu. Ishal zamanı itirilən maye və mineralları tez bir zamanda bərpa etmək, pozulmuş balansı tarazlamaq vacib şərtlərdəndir. Hələ lap qədimdən də ishal zamanı daha çox təbii bitkilərdən hazırlanan dəmləmələrə üstünlük veriblər. Bitkilər tərkibindəki maddələr və minerallarla əlaqədar olaraq pozulmuş balansı tənzimləyirlər. Bütün bunları nəzərə alaraq sizə Herba Flora şirkətinin məhsulu olan QASTREN çayı haqqında danışmaq istəyirəm.

Bildiyiniz kimi ishal yaranma səbəbindən asılı olmayaraq bağırsaqların perisatltikası artır bunu aradan qaldırmaq üçün QASTREN çayının tərkibindəki bitkilərdən qarazirə toxumları, adi palıd qabığı büzücü təsir göstərir, bağırsaqların peristaltikasını azaldır. Həmçinin qusma zamanı yaranmış əks peristaltikanı aradan qaldırır.

İshal və qida zəhərlənmələri zamanı bağırsaqlardan daimi sorulan toksik maddələr intoksikasiyaya səbəb olur bu da vəziyyəti daha da ağırlaşdırır. Qastren çayının tərkibində olan adi palıd qabığının tərkibindəki tanin maddəsi bağırsaq divarındakı zülallarla birləşərək bürüyücü təbəqə əmələ gətirir, toksik maddələrin sorulmasının qarşısını alır.

Həmçinin Qastren çayının tərkibində olan adaçayı yarpağı, aptek çobannyastığı çiçəyi bağırsaqlardakı xəstəlik törədən infeksiyalara və onların bağırsaq divarında yaratdıqları iltihabi proseslərə qarşı təsir göstərir. Çünki adaçayı yarpağının tərkibində bitki antibiotiki olan salvin maddəsi, efir yağı sineol var.

Adətən ishal zamanı qarşılaşdığımız əsas problemlərdən biri də həzmin pozulması, bunun fonunda yaranan iştahsızlıq, spazmlar və ağrılardır. Qastren çayı bunların da qarşısını alır. Tərkibində olan bitkilərdən nanə yarpaqları, çobanyastığı çiçəkləri bağırsaqların saya əzələlərinə spazmolitik təsir göstərir, ağrıları sancını aradan qaldırır, həmçinin həzm vəzilərinin fəaliyyətini yaxşılaşdıraraq həzmi və iştahanı da yaxşılaşdırır.

Siz Qastren çayından təkcə ishallar zamanı yox həm də disbakterioz zamanı probiotiklərlə yanaşı olaraq da qəbul dilməsi məsləhətdir. Bildiyiniz kimi səbəbindən asılı olaraq müxtəlif etiologiyalı (uzun müddət antibiotik qəbulu, zəhərlənmələr, stress və s. ) disbakteriozlar mövcuddur. Bu zaman hər hansı səbəbdən saprofit bakteriyaların yaşadığı mühit pozulur, kütləvi şəkildə məhv olurlar. Çünki onların yaşadığı və fəaliyyət göstərə bildiyi zəif qələvi və neytral mühit bağırsaqda gedən iltihabi proses nəticəsində pozulur və əmələ gələn turş reaksiyalı mühit saprofitlərə öldürücü təsir göstərir.

Bu zaman həkimlər tərəfindən təyin olunun probiotiklərin bağırsaqlarda yaşaması üçün mühit olmadığına görə klinik effekt daha gec alınır, onun üçündə müalicə daha uzun müddət çəkir, bəzən ümumiyyətlə müalicəyə tabe olmur. Səbəb isə yuxarıda danışdığımız vəziyyətlə əlaqədardır.

Bu zaman da QASTREN çayı köməyimizə çatır. Tərkibində olan bitkilərin əksəriyyəti ( aptek çobanyastığı çiçəyi, dərman adaçayı yarpağı və s.) bağırsaqlarda olan iltihabı aradan qaldırır, əmələ gələn turş reaksiyalı mühiti neytrallaşdırır, saprofit bakteriyaların yaşaması və artıb çoxalması üçün mühiti bərpa edir ən əsası sizin təyin etdiyiniz probiotiklərin terapevtik effekti artır. Qastren için,ishala son deyin!