fbpx
Close

NEVRONAT ŞƏRBƏTİ – Nevrozun Müalicəsi

Tərkibi (100 ml):

Damotu (şirquyruğu) (Leonurus cardiaca) otunun duru ekstraktı – 11,5 ml; passiflorası (Passiflora incarnata) çiçəyinin duru ekstraktı – 11,5 ml; pişikotu (Valeriana officinalis) kök və kökümsovunun duru ekstraktı – 11,5 ml; razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5,75 ml; zirə (Carum carvi) meyvəsinin distillatı – 5,75 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Şərbət sinir oyanıqlığını azaldır, stress və qıcıqlanmanın qarşısını alır. Həmçinin sinir pozulması ilə əlaqədar meydana çıxan aritmiya, təzyiqin yüksəlməsi, baş ağrıları, əzələ ağrıları, həyəcan, yuxusuzluq, narahatlıq, iştahasızlıq və s. kimi nevrotik mənşəli prosesləri zəiflədir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

Müxtəlif sinir sistemi xəstəlikləri, yuxusuzluq

İstifadə qaydası:

18 yaşdan yuxarı 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur. Qəbul müddəti 1 aydır.

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:

18 yaşa qədər olan şəxslərə, şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda, hamiləlik və südvermə dövründə.

Saxlanılması:

250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 ildir.

Buraxılış forması:

Tünd rəngli şüşə flakon, 100 ml.

  • Reseptsiz buraxılır.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Dərman vasitəsi deyil.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Description

Yenidoğulmuşlarda sinir-reflektor oyanıqlıq, yuxu ritminin pozulması, affektiv-respirator sindrom, disbioz və digər səbəblərdən qarında sancılar zamanı Herba Flora şirkətinin Nevronat şərbəti yüksək təsir effektinə malikdir. Nevronat şərbəti bir sıra sakitləşdirici, trankvilizəedici, sedativ, spazmolitik və ağrıkəsici bitkilərin duru ekstraktlarından hazırlanmışdır. Şərbətin tərkibindəki pişikotu ekstraktı valerian turşusu hesabına sinir sisteminin mərkəzi bölmələrində reflektor oyanıqlığı azaldır. Baş beyinin qabıq və qabıqaltı strukturlarının neyronlarında tormozlanma proseslərini artırır.

Qıcolmaəleyhinə, ağrıkəsici, sedativ, trankvilizəedici təsir göstərir. Yuxu tsiklini pozmadan onu ritmini tənzimləyir. Damotu otunun tərkibindəki qindarin xlor ionlarının sinir hüceyrəsinə daxil olmasını sürətləndirərək tormozlanma prosesi artırır və sinir sisteminin xarici qıcıqlara qarşı reaksiyasını zəiflədir. Oleuropein və flavanoidlər isə spazmolitik təsir göstərir. Passiflora sakitləşdiricidir, spazmolitikdir, yuxunu tənzimləyir, qıcolmaəleyhinə effekt verir və reflekror oyanıqlığı azaldır.
Nevronat şərbətinin tərkibindəki zirə və razyana meyvələrinin distillatları spazmolitik effekt verir, bağırsağın mikroflorasının formalaşmasını tezləşdirir, bağırsaq sancılarını azaldır, həzm vəzlərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, qazların əmələ gəlməsinin qarşısını alır. Bağırsaqların peristaltikasını normallaşdıraraq qəbizliyi aradan qaldırır. Efir yağları yüngül sakitləşdirici təsir göstərir.

Yeniyetmə və erkənyaşlı uşaqlarda fiziki-zehni yorğunluq, yuxusuzluq, diqqətin yayınması, hiperaktivlik və diqqət defisiti, qorxu-həyəcan sindromu və əsəbilik kimi problemlərdə də Nevronat şərbəti əvəzsiz effektə malikdir. Nevronat şərbəti sinir hüceyrələrinin oyanıqlığını azaldaraq sedativ təsir göstərir, stress və qıcıqlanmanın qarşısını alır, yuxuyagetməni yaxşılaşdırır, yuxunu dərinləşdirir. Həmçinin sinir gərginliyi fonunda meydana çıxan baş ağrıları, əzələ ağrıları, yuxusuzluq, narahatlıq və s. kimi nevrotik halların qarşısını alır. Nevrogen bağırsaq sancılarının, gəyirmənin və meteorizmi aradan qaldırır.

Nevroz, stress, sinir-psixi gərginlik, yuxusuzluq, əsəbilik və narahatlıq, neyrosirkulyator distoniya (NSD) və xroniki yorğunluq sindromu kimi xəstəliklər zamanı da Herba flora şirkətinin Nevronat şərbətini tərəddüd etmədən daxilə qəbul edə bilərsiniz.

https://herba-flora.com/

https://fizulihuseynov.com/