fbpx
Close

NEFROFORT (Uroseptik şərbət).

Tərkibi (100 ml):

Adi mərcangilə (Vaccinium vitis-idaea) meyvəsinin duru ekstraktı – 9,2 ml; Sallaq tozağacı (Betula pendula) yarpağının duru ekstraktı – 7 ml; İkievli gicitkən (Urtica dioica) yarpağının duru ekstraktı – 6,75 ml; Qara kəndalaş (Sambucus nigra) çiçəyinin duru ekstraktı – 6,75; Adi razyana (Foeniculum vulgare) meyvəsinin duru ekstraktı – 6,6 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 5,75 ml; Çiyələk (Fragaria) yarpağının duru ekstraktı – 3,95 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Şərbət maddələr mübadiləsini tənzimləyir. Böyrək və sidik axarlarındakı iltihabı azaldır, zərərli mikroorqanizmlərdən təmizləyir, diurezin artmasına yardımçı olur, sidiyə zülalların keçməsinin qarşısını alır. Spazmı, ağrını və sidiyəgetmə zamanı göynəməni azaldır, sidiyin əmələ gəlməsi və xaric olunmasının sürətlənməsi sayəsində sidik yollarının regenerasiyasında yardımçı olur. Sidikdə müdafiə kolloidlərini artıraraq mineral komponentlərin bir-birinə yapışmasının qarşısını alır, nəticədə sidik daşlarının yaranmasına mane olur.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • Nefrit
  • Pielonefrit
  • Sistit
  • Uretrit
  • Albuminuriya, hematuriya
  • Kateterizasiyadan sonra
  • Oksaluriya, uraturiya

İstifadə qaydası:

4-12 yaş 1-2 desert qaşığı gündə 3 dəfə yeməkdən sonra

12 yaşdan yuxarı, böyüklər 2 xörək qaşığı (30 ml) gündə 3 dəfə yeməkdən sonra

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda.

Saxlanılması:

250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 ildir.

Buraxılış forması:

Tünd rəngli şüşə flakon, 100 ml

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu ŞTQ, Güzdək yolunun üstü.

www.herba-flora.com

info@herba-flora.com

Sizə Sağlamlıq Arzulayırıq!

Category: Tag: Product ID: 5391

Description

Nefrofort şərbəti Herba Flora şirkətinin böyrək xəstəliklərində istifadə olunan məhsuludur. Tərkibində ayıqulağı yarpağı, mərcangilə yarpağı, boymadərən otu, gülümbahar çiçəyi, qatırquyruğu otu, ardıc meyvəsi, çobanyastığı çiçəyi, bibəriyyə otunun duru ekstraktları, şəkər şərbəti, natrium benzoat maddələri vardır.

Bildiyiniz kimi şərbətin tərkibinə daxil olan komponentlərdən ayıqulağı bitkisi arbutin və aşı maddələri hesabına antiseptik və iltihabəleyhinə təsir edir. Beləliklə , böyrək və sidik yollarını infeksiyalardan təmizləyir.  Gülümbahar, aptek çobanyastığı, boymadərən, bibəriyyə (rozmarin), mərcangilə və digər bitkilər isə sidikqovucu, spazmolitik, ağrıkəsici, iltihabəleyhinə, antibakterial, antivirus eyni zamanda antifunqal təsir göstərirlər. Nəticədə böyrəklərdə iltihab sorulur, mikrosirkulyasiya sürətlənir və həmçinin qan dövranı yaxşılaşır.

Herba Flora şirkətinin Nefrofort şərbəti uva-ursi-ayıqulağı bitkisi hesabına bitkinin tərkibindəki arbutin maddəsi böyrək və sidik yollarından keçərək hidroxinona çevrilir,həm böyrək, həm də sidik yollarına uroseptik təsir göstərir. Herba Flora şərbətinin tərkibindəki boymadərən bitkisi K vitamini ilə zəngin olduğundan qaraciyərdə protrombin sintezini artırır, nəticədə laxtalanmanı sürətləndirir. Belə ki böyrək və sidik yollarında yaranan duz kristalları, daşlar selikli qişanı zədələyir, nəticədə kapilyar qansızmalara gətirib çıxarır. Herba Flora şirkətinin Nefrofort şərbəti isə məhz laxtalanmanı sürətləndirdiyinə görə bu qansızmaların da qarşısını da alır.

Nefrofort şərbətinin iltihabəleyhinə, spazmolitik təsirləri nəticəsində böyrək ləyəni, sidik axarları və sidik kanalının saya əzələlərində spazm götürülür, ağrılar azalmış olur, iltihabın sorulur. Bunun nəticəsində yumaqcıqlarda filtrasiya normaya düşür, nəticədə tez-tez və ağrılı sidik ifrazı aradan qalxır. Nefrofort şərbəti qlomerulonefrit, pielonefrit, sistit, uretrit və digər böyrək və sidik yollarının xəstəliklərində istifadə olunur. Nefrofort şərbəti için, sağlam böyrəyə sahib olun!

https://herba-flora.com/

https://fizulihuseynov.com/