FİTOTON MAVİ GİL

FİTOTON MAVİ GİL


Mavi gil dərini yumşaldır, tonuslandırır, sızanaq və səpgiləri aradan qaldırır, ağardır, qırışları hamarlaşdırır, antisellülit, antibakterial təsir göstərir. Mavi gildən hazırlanmış kosmetik maska problemli nahiyəyə çəkildikdə mimiki qırışların açılmasına, səpgi və piqment ləkələrin solmasına kömək edir, eləcə də cavanlaşdırıcı effekt verir, dərini möhkəm və elastik edir. Mavi gil həm quru, həm də yağlı dərilərdə istifadə oluna bilər. Mavi gil mütəmadi istifadə üçün nəzərdə tutulmuş, sızanaqlardan xilas olmaq və üz dərisinin rəngini yaxşılaşdırmaq üçün effektiv kosmetik vasitədir.

Reseptlər:

 

Sızanaqlar üçün maska: 2 xörək qaşığı mavi gil xama şəklində kütlə alınana kimi mineral su və ya çay dəmləməsi ilə qarışdırılır. Alınan kütləyə 1 çay qaşığı limon şirəsi əlavə edilir. Maska qalın təbəqə şəklində gözətrafı nahiyə xaric olmaqla üzə çəkilir. Üzdə 15 dəqiqə qaldıqdan sonra maska nəm pambıq ilə silinir, sonra ilıq su ilə yuyulur.

 Normal dəri üçün təmizləyici maska: 20-25 qr gil tozu süd ilə xamayabənzər kütlə alınana kimi qarışdırılır. (Bu tərkib saxsı və ya şüşə qabda hazırlanmalı və taxta qaşıq ilə qarışdırılmalıdır). Sonra alınmış maska nazik təbəqə şəklində fırça və ya pambıq ilə üzə çəkilir. Maska üzdə 15-30 dəqiqə qaldıqdan sonra nəm pambıq ilə silinib ilıq su ilə yuyulur və qidalandırıcı krem çəkilir. Südü, həmçinin yaşıl çay ilə də əvəz etmək olar. Həssas dərilərdə maskanın üzdəqalma müddətini azaltmaq olar.

 

Ağardıcı maska: yulaf kəpəyi 1/2 çay qaşığı bal ilə qarışdırılıb üzərinə mavi gil və 4 damcı limon şirəsi əlavə edilir. Alınmış kütlə su hamamında dəmlənilir. Maska isti şəkildə üzə çəkilir, dəsmal ilə örtülür, 15 dəqiqə saxlanıb daha sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

 

Qidalandırıcı maska: yumşaq pomidor doğranır və üzərinə püre şəklində kütlə alınana qədər mavi gil əlavə olunur. Maska üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

 

Saçların hamar və parlaq olması üçün bərpaedici maska: 1 çay qaşığı kərə yağı, 1 yumurta sarısı, 1 çay qaşığı bal, bir o qədər də limon şirəsi (sirkə də istifadə etmək olar) və 1 çay qaşığı mavi gil qarışdırılır, alınan maska saçların dibinə çəkilir, 15-30 dəqiqə saxlanılır, sonra isə şampun və balzam vasitəsi ilə yuyulur.

 

Saçları möhkəmləndirici və qidalandırıcı maska: gil kütləsinə 1 ədəd yumurta sarısı əlavə edilir, alınan qarışıq saça çəkilir və başa isti papaq geyilir, 10-15 dəqiqədən sonra isti su ilə yuyulur.

 

Antisellülit maska: gil su ilə qarışdırılır və problemli nahiyəyə çəkilir, isti parça ilə sarınır, 20-30 dəqiqədən sonra yuyulur. Yüksək nəticə əldə etmək üçün prosedur hamamda təkrar olunmalıdır.

 

Stress əleyhinə gil vannası: vannaya 100-200 qr gil əlavə edilməli və seans 15-20 dəqiqə olmalıdır. Vanna proseduru həftədə iki dəfə qəbul edilə bilər.

 

Soyuqdəymə əleyhinə və orqanizmi tonuslandırıcı kompres: əvvəlcə su ilə qarışdırılmış gil kütləsi isidilir. Alınmış isti kütlə xəstə nahiyəyə çəkilir və polietilenlə sarınaraq üzərinə istiqac qoyulur. 15-20 dəqiqə sonra isti su ilə yuyulur.

 

Qeyd: üz və saç üçün tətbiq olunan maskalar həftədə 2 dəfə istifadə olunmalıdır. Ay ərzində 6-8 dəfə istifadədən sonra 1 həftə fasilə verilməlidir. Vanna prosedurları isə ayda 2 dəfə tətbiq olunmalıdır.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar