Məhsullar

Kurkum10 Kapsul

Kurkum10
Bir kapsulun tərkibi:
Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq, Uzun Sarıkök (Curcuma longa) kökümsovunun tozu – 300 mq

Köməkçi maddələr: qarğıdalı nişastası (amylum maidis) – 50 mq, kapsul örtüyü (jelatin/gelatin, qliserin/glycerin, su/water).

Məhsulun xüsusiyyətləri: Qaraciyəri və bütün orqanizmi mübadilənin qalıq məhsullarından və toksinlərdən təmizləyir, orqanizmdə sərbəst radikalları neytrallaşdıraraq xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. İmmuniteti gücləndirir, qanda xolesterol və qlükozanın səviy­yəsini tənzimləyir. Həzmi və iştahanı yaxşılaşdırır. Mədə-ba­ğır­saq­larda xroniki xora və eroziv yaraların sağalmasını sürətləndirir. Dəridə qırışların yaranmasını ləngidir, yaşlanma əleyhinə (anti-aging) effekt verir. Siqaret çəkənlərdə siqaretin zərərli təsirlərini aradan qaldırır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Onkoloji xəstəliklərin profilaktikası
İmmundefisit halların profilaktika və müalicəsi
Ürək-damar sistemi xəstəliklərinin profilaktika və müalicəsi
Aterosklerozun profilaktika və müalicəsi
Hiperxolesterinemiya
Şəkərli diabetin profilaktika və müalicəsi
Xroniki mədə-bağırsaq xəstəliklərinin profilaktika və müalicəsi
Dəri xəstəlikləri (psoriaz)
Saç tökülməsi
Erkən yaşlanmanın profilaktikası

İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: preparata qarşı fərdi həssaslıq.

Saxlama şəraiti: 25 °C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar