ŞÜYÜD ÇAYI – KÖP DƏRMANI

ŞÜYÜD ÇAYI – KÖP DƏRMANI

Tərkibi: Razyana meyvəsi, bostan şüyüdü meyvəsi.

Kimyəvi tərkibi: Razyana toxumunun tərkibində anetol, fenxon, pinen və s. terpenlərdən ibarət efir yağları, piyli yağlar, az miqdarda cirə turşusu vardır. Bostan şüyüdü toxumunun tərkibində 5% – ə qədər efir yağları, 20% – ə qədər yağ turşuları, karotin və s. maddələr vardır.

Farmakoloji təsiri: Şüyüd çayı spazmolitik, ağrıkəsici, köpəleyhinə, köp dərmanı, antibakterial təsir göstərir. 1 yaşına qədər körpələrə bəlğəmgətirici, süd verən analara laktogen vasitə və kop dermani kimi istifadə olunur.

İstifadəsinə göstəriş:

  • Qastrit
  • Spastik kolit
  • Meteorizm
  • Traxeit
  • Bronxit
  • Hipoqalaktiya

 Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Buraxılış forması: 30 filtr-bağlama.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir. Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Lakin qazların həddən artıq əmələ gəlməsi isə patoloji prosesdir. Bu zaman insanda müxtəlif əlamətlər inkişaf edir. Belə ki, qarın nahiyəsində ağrılar və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, əhvalın pozulması və s.

İstər uşaqlar, istərsə də böyüklərdə qida və mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarda mədə-bağırsaqlara dolması da köp yarada bilər Həzm proseslərinin pozulması, fermentlərin çatışmazlığı, disbakterioz (xeyirli mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması), bağırsaqların sorulma funksiyasının pozulması da köpün əmələ gəlməsinə səbəb ola bilər. Bağırsaqların hərəkətliliyi pozulduqda, qida daha uzun müddət bağırsaqlarda qalır ki, bunun da nəticəsində bağırsaqlarda köp əmələ gəlir. Bundan başqa bağırsaqların anomaliyaları, mədə-bağırsaq sistemində aparılan cərrahiyyə əməliyyatları, hamiləlik, bəzi dərman preparatların qəbulu, bağırsaqlarda olan mexaniki maneələr (şişlər, poliplər, bitişmələr) və s. də köpün əmələ gəlməsinə səbəb olur.

HERBA FLORA şüyüd çayı

Bu gün sizə bağırsaqlarda köp və qazəmələgəlmə prosesisin qarşısını alan Herba Flora şirkətinin istehsal etdiyi Şüyüd çayı haqqında danışmaq istərdik. Hər zaman sizlərin sağlamlığının qeydinə qalan Herba Flora şirkətinin tam təbii Şüyüd çayının tərkibi razyana meyvəsi və bostan şüyüdünün meyvəsindən ibarətdir. Şüyüd çayı tərkibindəki razyana və şüyüd bitkilərinin efir yağları hesabına bağırsaqlarda spazmı aradan qaldırır, köp əleyhinə təsir göstərir. Şüyüd çayı körpələrdə qazəmələgəlmə zamanı həm də ağrıkəsici, bağırsaqlarda iltihabi proseslər zamanı antibakterial təsir göstərir.

Bundan başqa tərkibindəki razyana bitkisi hesabına bir yaşına qədər körpələrə bəlğəmgətirici, süd verən analara isə südartırıcı vasitə kimi istifadə olunur. Spastik kolit dünyada ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Qarın ağrıları, qarında şişmə hissi, ishal və qəbizliyin əvəzlənməsi, köplə müşayiət olunur. Spastik kolit xəstəliyində bağırsaqlarda iltihab və ya başqa bir funksional dəyişiklik olmur, spazm səbəbindən nəcis kiçik bərkimiş parçalar şəklində (qoyun qığına bənzər) xaric olur. Spastik kolitin səbəbi tam müəyyən olunmayıb.

Herba Flora şirkətinin Şüyüd çayını istər uşaqlar, istərsə də böyüklərdə qastrit, spastik kolit, meteorizm zamanı, bir yaşa qədər körpələrdə traxeit, bronxit zamanı bəlğəmgətirici vasitə kimi, südverən analarda isə hipoqalaktiya (südün az əmələ gəlməsi) zamanı südartırıcı vasitə kimi rahatlıqla istifadə edə bilərsiniz.

https://herba-flora.com

http://fizulihuseynov.com/

Oxşar Məhsullar