Məhsullar

İmmunneo (İmmunitet Artırıcı Şərbət)

Tərkibi (100 ml): İtburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 13,8 ml; qara qarağat (Ribes nigrum) yarpağının duru ekstraktı – 12,2 ml; ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 7,9 ml; sürünən kəklikotu (Thymus serpyllum) otunun duru ekstraktı – 5,5 ml; məkkəgülü (Hibiscus sabdariffa) çiçəyinin duru ekstraktı – 3,3 ml; qara gəndalaş (Sambucus nigra) çiçəyinin duru ekstraktı – 3,3 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri: Şərbət endogen interferonun sintezini və leykositlərin faqositar qabiliyyətini sürətləndirərək orqanizmin immunitetini yüksəldir və xəstəliyə qarşı müqavi­mətini artırır. Bitkilərin tərkibindəki minerallar və polivitaminlər hesabına vitamin çatışmazlığını aradan qaldırır. Bakteriya, virus və göbələklərə qarşı məhv­edici təsir göstərir. Xəstəlik zamanı yaranan iltihabın aradan qalxmasına kömək edir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur): İmmundefisit hallar, qripin müalicə və profilaktikası, tənəffüs yollarının iltihabi xəstəlikləri, soyuqdəymə, antibiotiklərlə müalicə, şüa terapiya­sından sonrakı dövr, intoksikasiyalar, digər xroniki xəstəliklərin kəskin­ləşməsinin qarşısını almaq məqsədi ilə.

İstifadə qaydası: 4-12 yaş: 1-2 desert qaşığı gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl 12 yaşdan yuxarı, böyüklər: 2 xörək qaşığı (30 ml) gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəlTərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. 

Əks göstərişlər:  Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Saxlanılması: 250C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin. Yararlılıq müddəti: 2 il.

Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml                                                                                   

  • Reseptsiz buraxılır.                                                                                                                                       
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur. İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası,

Abşeron rayonu, Qobu ŞTQ,

Güzdək yolunun üstü.

www.herba-flora.com

[email protected]

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Herba Flora şirkətinin əhali arasında yayılmış çoxsaylı xəstəliklərə qarşı istehsal etdiyi İmmunneo şərbəti immun sistemin fəaliyyətini artırır, orqanizmin xəstəliklərə qarşı müqavimətini möhkəmləndirir.

İmmunneo şərbəti təsiri

İmmunneo şərbəti exinaseya kökü, şirin biyan kökü, itburnu meyvəsi, eleuterokok kökü, zəncəfil kökü, qızılçətir otu, limon meyvəsinin duru ekstraktları, vitamin və balla zəngindir. İmmunneo şərbətinin tərkibindəki exinaseya kökünün ekstraktı endogen interferon sintezini artırır. Leykositlərin miqdarını artıraraq həm də onların faqositar qabiliyyətini yaxşılaşdırır. Şirin biyan kökü kortikosteroidlərin parçalanmasını ləngidərək iltihabəleyhinə təsir edir. Həmçinin damar divarını möhkəmləndirərək keçiriciliyini azaldır.

İtburnu meyvəsi, qızılçətir otu, eleuterokok, zəncəfil və digər bitkilərin təsiri ilə maddələr mübadiləsi sürətlənir, mineral maddələr və vitaminlər avitaminozu aradan qaldırır. Beləliklə orqanizmin immun qabiliyyəti yüksəlir və vitamin deposu yaradır. İmmunneo şərbətini siz immundefisit vəziyyətlərdə, avitaminozlarda, hipovitaminozlarda qəbul edə bilərsiniz. Eyni zamanda inkişaf etaplarının ləngimə sindromunda, iştahasızlıqda, zəif qidalanmada və tez-tez xəstələnmə hallarında tətbiq edə bilərsiniz. Bundan başqa İmmunneo şərbətini soyuqdəymə, kəskin respirator xəstəliklər, virus infeksiyaları və yuxarı tənəffüs yollarının bir sıra xəstəliklərinin müalicə və profilaktikasında tətbiq edilir.

İmmunneo şərbəti exinaseya otu sayəsində bakteriya əleyhinə, göbələk əleyhinə təsir göstərir. Şirin biyan kökü sayəsində qızdırmasalıcı, tərlədici effekt verir. İmmunneo şərbəti şirin biyan kökü sayəsində həm yerli, həm də daxili interferon sintezini artırır. İmmunneo şərbətinin tərkibində itburnu meyvəsi vitaminlərlə zəngi olduğu üçün, xüsusən də təbii vitamin C deposu olduğu üçün orqanizmin xəstəliklərə qarşı müqavimətini yüksəldir. Eleuterokokk kökü sayəsində güclü immunostimulyator effekt verir. Mərkəzi sinir sistemi tərəfindən orqanların sinir təchizatını yaxşılaşdırır. Xəstəlik zamanı xəstələrə əhval-ruhiyyəni yaxşılaşdırıcı, gümrahlandırıcı təsir göstərir. Qızılçətir otu, zəncəfil sayəsində qrip nəticəsində pozulmuş həzmi yaxşılaşdırır, xəstələrdə yaranmış köp,qazəmələgəlməni azaldır. Herba Flora şirkətinin İmmunneo şərbəti ürəkbulanma,qusma hallarını da aradan qaldırır.

İmmunneo şərbəti ilə yanaşı Teasept, Teaqrip, Teabronx və s. məhsulları istifadə edə bilərsiniz. İmmunneo şərbəti, demək olar ki, immun fəaliyyəti yüksəltmək üçün olan bütün vasitələrin içərisində ən keyfiyyətli məhsullardan biri və birincisidir. Herba Flora şirkətinin İmmunneo şərbəti için, sağlam immunitetə sahib olun!

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar