HİPERTONİYA ƏLEYHİNƏ YIĞINTI
Tərkibi: Ağ öksəotu, yemişan çiçəyi, yemişan meyvəsi, dərman pişikotu, çöl qatırquyruğu otu, ziyilli tozağacı yarpağı.
İstifadəsinə göstəriş: Yığıntı hipertoniya xəstəliyində istifadə olunur.
İstifadə qaydası: Bir çay qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, Hər dəfə 1 stəkan daxilə qəbul edilir.