Tərkibi (100 ml):
Adi dağtərxunu (Tanacetum vulgare) çiçəklərinin duru ekstraktı – 24,55 ml; çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun duru ekstraktı – 12,28 ml; dərman zəncəfili (Zingiber officinale) kökümsovunun duru ekstraktı – 4,84 ml; mixəyin (Syzygium aromaticum) duru ekstraktı – 4,84 ml.
Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
Məhsulun xüsusiyyətləri:
Helmintlərin inkişafını zəiflədir, helmintoz səbəbindən orqanizmin pozulmuş funksiyalarını (həzmi, iştahanı) bərpa edir, zəifləmiş immuniteti möhkəmləndirir, qaraciyəri qoruyur. Bağırsaqların peristaltikasını normallaşdırır və qəbizliyin qarşısını alır.
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Helmintozlar: enterobioz, askaridoz, trixosefalyoz, tenioz
Protozoy xəstəlikləri: lyamblioz.
İstifadə qaydası:
18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl .
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji fəal maddələrə qarşı yüksək fərdi həssaslıq.
18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.
Saxlanılması:
250C-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 2 il.
Buraxılış forması: Şüşə qablaşdırma, 250 ml.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.
- Reseptsiz buraxılır.
- Dərman vasitəsi deyil.
- Bioloji fəallığa malik qida əlavəsidir.
- Məhsul qidanı əvəz etmir.
- Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
- Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
- Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com
info@herba-flora.com