Məhsullar

Fi̇tozol Kapsul

Bir kapsulun tərkibi:

Adi dağtərxunu (Tanacetum vulgare) çiçəklərinin quru ekstraktı – 30 mq, çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun quru ekstraktı – 30 mq, mixək (Syzygium aromaticum) qönçəsinin tozu – 115 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu -115 mq.

Köməkçi maddələr: qarğıdalı nişastası (amylum maidis) – 110 mq, kapsul örtüyü (jelatin).

Məhsulun xüsusiyyətləri:

Kapsulu təşkil edən müxtəlif bitkilərin tərkibində olan efir yağları (xüsusilə evgenol maddəsi), gensianin, gensiopikrin iridoidləri və digər acı maddələr qurdlara məhvedici təsir göstərir. Həmçinin həzmi, iştahanı yaxşılaşdırır, bağırsaqların peristaltikasını normallaşdırır və qəbizliyin qarşısını alır. Bakteriyaların fəaliyyətini azaldır, həmçinin bağırsaqların selikli qişasında yaranan iltihabi proseslərin aradan qalxmasına yardımçı olur.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • Helmintozlar: enterobioz, askaridoz, trixosefalyoz, tenioz;
  • Protozoy xəstəlikləri: lyamblioz;
  • Qurd xəstəliklərinin profilaktikası.

İstifadə qaydası: Böyüklər: 1 kapsuldan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlanma qaydası: 250C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul normal qidalanmanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 50 kapsul.

İstehsalçı: “Herba Flora” MMC

www.herba-flora.com;

[email protected]

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya Teq

Ətraflı Məlumat

Herba Flora şirkətinin istehsal etdiyi Fitozol kapsulu tərkibi təbii dərman bitkiləri ilə zənginləşdirilmiş qurdəleyhinə yüksək effektli məhsuldur. Fitozol kapsulun tərkibi adi dağtərxunu çiçəyi, çətirli isitmə otu (qızılçətir), zəncəfil, mixək kimi bitkilər ilə zənginləşdirilmişdir. Fitozol kapsulun tərkibindəki adi dağtərxunu çiçəyi acı maddələr sayəsində helmintlərin əzələ sistemini iflic edir və onların təbii yolla bağırsaqlardan evakuasiyasını sürətləndirir. Acı maddələr həm də orqanizmdə həzm vəzilərinin sekresiyasını stimullaşdırır, həzmi normallaşdırır, helmintozlar zamanı tez-tez müşahidə olunan ürəkbulanmanı aradan qaldırır, iştahanı yaxşılaşdırır.  Adi dağtərxunu çiçəyi qurdların təbii qənimi hesab olunur, helmintlərin təsiri nəticəsində bağırsaqların selikli qişasında yaranan iltihabı sağaldır. Qurd xəstəlikləri zamanı bədəndə yaranmış intoksikasiya əlamətlərini aradan qaldırır. Bu bitki bəzi hallarda rastlanan allergik səpkilər və qaşınmaları da aradan qaldırır. Bir az da Fitozol kapsulunun tərkibindəki el arasında “qızılçətir” adlanan çətirli isitmə otunun helmintozlar zamanı verdiyi effektlərə nəzər salaq. Qızılçətir otu tərkibindəki gensianin və gensiopikrin alkaloidləri sayəsində qurdlara öldürücü təsir göstərir. Çünki bu təbii komponentlər acı maddələrdir.

Fitozol kapsulun tərkibi

Hər iki maddə qurdların yaşadığı mühiti əlverişsiz hala salır. Həmçinin həzmi yaxşılaşdırır, bağırsaqların peristaltikasını normallaşdırır və qəbizliyin qarşısını alır. Çətirli isitmə otu qurd xəstəlikləri zamanı həm də ödqovucu, qaraciyərqoruyucu, antitoksik və bakteriya əleyhinə təsir edir. Fitozol kapsulunun tərkibində hamımızın tanıdığı mixək bitkisi də vardır. Mixəyin tərkibində olan evgenol maddəsi parazitlərə öldürücü təsir göstərir. Qurd xəstəlikləri zamanı bağırsaqlarda yaranmış iltihabı aradan qaldırır, antioksidant olduğu üçün qurdların həyat fəaliyyəti dövründə ifraz etdikləri toksinləri neytrallaşdıraraq zərərsizləşdirir. Evgenol maddəsi həm də helmintlərin hüceyrə membranını zədələyir və qurdları tez bir zamanda məhv edir. Mixək həm də həzm vəzilərinin sekresiyasını artıraraq qurd xəstəlikləri zamanı pozulmuş iştaha və həzmi yaxşılaşdırır. Helmint invaziyaları zamanı orqanizmdə yaranan ürəkbulanma, qusma və s. kimi intoksikasiya əlamətlərini də aradan qaldırır. Helmintozlar zamanı zəifləmiş orqanizmdə immunodefisiti aradan qaldırır, immuniteti yüksəldir.

Fitozol kapsulunun tərkibində zəncəfil kökü də vardır. Dərman zəncəfili helmintləri sürfə mərhələsində məhv edir, helmintozların profilaktikasında yaxşı effekt verir. Bu bitki də zəifləmiş immuniteti bərpa edir, iştahanı açır və pozulmuş həzmi yaxşılaşdırır. Demək olar ki, bütün helmintozlar (enterobioz, askaridoz, trixosefalyoz, tenioz ,teniarinxoz), protozoy xəstəlikləri (lyamblioz) zamanı Herba Flora şirkətinin Fitozol kapsulunu daxilə qəbul edə bilərsiniz! Fitozol qəbul et, qudlardan azad ol!

https://fizulihuseynov.com/

https://herba-flora.com

Oxşar Məhsullar