Məhsullar

Fitooil Üzüm Tumunun Yağı

Tərkibi: üzüm tumundan soyuq sıxma yolu ilə alınmış rafinə olun­mamış yağ.

Yağ tərkibi: Omeqa-6 (72%), Omeqa-9, palmitin və stearin turşuları, tokoferol, steroidlər, E vitamini, saflor yağı, pambıq yağı, çəltik yağı, proantosianidlər.

Məhsulun xüsusiyyətləri:
Tərkibində olan doymamış yağ turşuları Omega-6 və Omega-9 hesabına qanda xolesterol səviyyəsini tənzimləyir, ürək-damar xəstəlikləri və xərçəngin yaranma riskini azaldır, trombosit aqreqasiyasını azaldaraq damardaxili trombların əmələ gəlmə­sini ləngidir. Tərkibindəki güclü antioksidantlar sayəsin­də ümumilikdə orqanizmin vaxtından əvvəl yaşlan­masının qarşı­sını alır, dərinin qocalmasını və qırışmasını ləngidir, dəridəki ləkələri aradan qaldırmağa yardım edir, dəri tonunu bərabər­ləşdirir, UB şüaların dərini zədələməsinin qarşısını alır. E vitamini hesabına sərbəst radikalların yaratdığı hüceyrə zədə­ləmə­sini önləyir, immun sistemini gücləndirir. Üz dərisini yağlan­dırmadan nəmlən­dirir, civzələri aradan qaldırır, məsa­mə­ləri daraldır, dərinin orta və dərin qatlarında iltihablan­ma­nı azaldır.
Saçlara qulluq zamanı baş dərisini və saçları qidalandırır, nəmləndirir, gücləndirir, parlaqlıq verir, ölü hüceyrələrdən təmizləyərək kəpəyi aradan qaldırır, yeni tük soğanaqlarının yaranmasını stimullaşdırır.

İstifadəsi:
Daxilə:
Uşaqalara: gündə 2 dəfə 5 ml (1 çay qaşığı) yağ yeməkdən əvvəl daxilə qəbul olunur.
Böyüklərə: gündə 2 dəfə 15 ml (1 xörək qaşığı) yağ yeməkdən əvvəl daxilə qəbul olunur.
Qızdırılmamaq şərti ilə salatların və soyuq qəlyan­altı­ların hazırlanması üçün istifadə olunur.
Xaricə:
Yatmadan öncə masaj hərəkətləri ilə dəriyə çəkilir. Nəmlən­dirici losyonlara əlavə edilərək istifadə edilə bilər. Yumadan 20-30 dəq. öncə 1 çay qaşığı yağ saçlara çəkilir.

Əks göstəriş: Üzüm tumunun yağına qarşı fərdi həssaslıq, hiperxolesterolemiya.

Saxlanma qaydası:
Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

ГОСТ 18848-2019
Saxlanma müddəti: 18 ay.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar