Məhsullar

Fi̇tooi̇l Evkali̇pt Yağı

Alınması: evkalipt yarpaqlarının günəbaxan yağında çıxarışı.

Tərkibi: evkaliptol, limonen, alfa-pinen, qamma-terpinen, alfa- terpinol, mirtenol, eydesmol, qlobulol, üzvi turşular, aşı maddələr, flavonoidlər, aldehidlər.

Məhsulun xüsusiyyətləri: Evkaliptol hesabına orqanizmə bakterisid, iltihab əleyhinə, antiviral, antiprotozoy, fungisid təsir göstərir. Burun boşluğunun selikli qişasında reseptorları aktivləşdirir, rahat nəfəsalmanı təmin edir. İmmuniteti yüksəldir, tənəffüs yollarına bəlğəm­gətirici, mukolitik, spazmolitik, antihipoksik effekt verir. Tərqovucu olduğu üçün qızdırmasalıcı təsir də göstərir. Antioksidant olduğu üçün orqanizmi toksin­lər­dən və sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Açıq yara, xora, yanıq, kəsik, sıyrıq nahiyələrində mikrobların fəaliyyətini ləngidir. Yarasağaldıcı və rege­ne­rasiyaedici təsir göstərir. Yerli anestetik təsiri hesabına dəri qaşınmalarını azaldır. Ağız boşlu­ğunun iltihabi xəstəlikləri zamanı qarqara, tənəffüs sisteminin infeksion-iltihabi xəstəlikləri zamanı isə inhalyasiya şəklində istifadə olunur. Revmatizm, nevralgiya, mialgiya, artralgiya, radikulit zamanı ağrılı nahiyələrə masaj şəklində tətbiq olunur. Həşərat dişləmələri və yanıqların müalicəsində evkalipt yağından istifadə olunur.

 

Əks göstəriş: fərdi həssaslıq, 2 yaşa qədər uşaqlar.

İstifadə qaydası: İnhalyasiya, qarqara, massaj və daxilə qəbul şəklində istifadə olunur.

Daxilə: gündə 2 dəfə, hər dəfə 5-15 damcı yeməkdən əvvəl qəbul olunur.

Xaricə: gündə 2 dəfə dərinin zədəli nahiyələrinə çəkilir.

İnhalyasiya üçün: 1 stəkan qaynar suya 10-15 damcı əlavə olunur, gündə 2 dəfə inhalyasiya edilir.

Qarqara üçün: 1 stəkan ilıq suya 10-15 damcı əlavə olunur, gündə 3-4 dəfə qarqara edilir.

Saxlanma şəraiti: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Saxlanma müddəti: 18 ay.

Buraxılış forması: flakonda 30 ml, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar