Description
Herba Flora şirkəti sizlər üçün yüksək müalicəvi effektli Fitooil çaytikanı yağı istehsal edir. Bu yağ çaytikanı toxumlarından soyuq sıxma metodu ilə alınır. Herba Flora şirkətinin Fitooil çaytikanı yağı narıncı-qırmızı maye olub xüsusi ətrə və dada malikdir. Tərkibi 300-dən 1000-ə qədər karotinoidlər, tokoferollar, sterinlər, fosfolipidlər, vitamin K, həmçinin qliseridlər – olein, linol, palmitolein, palmitin və stearin turşuları ilə zəngindir.Həmçinin, yağı iltihabəleyhinə və antibakterial, yumşaq toxumalara regenerasiyaedici təsir göstərir, alkoqol intoksikasiyası zamanı qaraciyər hüceyrələrini də bərpa edir. Yağ mübadiləsini tənzimləyir, qaraciyərdə zülalların miqdarını artırır, aterosklerozun inkişafının qarşısını alır. Herba Flora şirkətinin çaytikanı yağı ağrıkəsici və yarasağaldıcı təsir göstərir. Yanıqların müalicəsində, mədə-bağırsaq traktının xora xəstəliyində, qastrit, duodenit, diş pulpası və damaqların iltihabı, haymorit və tonzillit kimi xəstəliklərdə çox faydalıdır. Çaytikanı yağı ekzema və qadın xəstəlikləri (uşaqlıq boynunun eroziyası, kolpitlər) zamanı dəri yaxud selikli qişalara çəkilir, eyni zamanda da daxilə qəbul edilir. Eyni zamanda kosmetologiyada geniş istifadə olunur. Saç tökülməsi zamanı, keçəlləşmədə, dəri və dırnaqlara qulluq üçün də yararlıdır və kalium, kalsium, dəmir, bor, fosfor, amin turşular, flavonoidlər vardır.
FİTOOİL Çaytikanı yağının faydaları
Bundan başqa tərkibi A, C, B1, B2, B3, B6, B9, E, PP, H vitaminləri ilə zəngindir. Bu yağda vitamin C miqdarı sitrus meyvələrindən belə daha çoxdur. Fitooil çaytikanı yağı sinir sistemində serotonin miqdarını artırır, depressiyanı aradan qaldırır. Vitamin C ilə zəngin olduğu üçün çaytikanı yağı yanıqlar zamanı kollagen sintezini artırır. Təbii çaytikanı yağı müxtəlif etiologiyalı dəri və selikli qişaların zədələnmələri zamanı (yaralar, şüa, yanıqlar, xoralar) regenerativ prosesləri sürətləndirir. Orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, antioksidant və sitoprotektor effekt verir.
Herba Flora şirkətinin istehsal etdiyi çaytikanı yağı sərbəst radikalların yaranma intensivliyini azaldır və beləliklə hüceyrələrin membranlarını zədələnmədən qoruyur. Bütün bu sadaladığımız effektləri çaytikanı yağının tərkibindəki karotin (provitamin А), tokoferol (vitamin Е) və digər yağda həll olan zəngin vitamin tərkibi hesabına edir. Bu yağ omeqa-3 və omeqa-7 yağ turşuları ilə zəngin olduğu üçün dəri səthini günəş altında ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur. Fitooil çaytikanı yağı dəridə quruluğu aradan qaldırır, günəş yanıqları zamanı onu qidalandıraraq tez bir zamanda bərpa edir. Apteklərdən Fitooil çaytikanı yağı alın, bu möcüzəvi yağın faydalarından siz də yararlanın!