FİOOİL XARDAL TOXUMUNUN YAĞI

FİOOİL XARDAL TOXUMUNUN YAĞI

XARDAL TOXUMUNUN YAĞI
Tərkibi: Sarept xardalı (Brassica juncea) toxumlarından soyuq sıxma yolu ilə alınmış rafinə olunmamış yağ.
Yağ-turşu tərkibi: linol turşusu (Omeqa-3), olein turşusu (Omeqa-9), eykozan turşusu, eruk turşusu, E, A, D, K, P, B qrupu vitaminləri, fitosterollar, xardal efir yağı.
Məhsulun xüsusiyyətləri:
Xardal yağı daxilə qəbul olunduqda orqanizmdə metabolik prosesləri sürətləndirir, həzmi və iştahanı yaxşılaşdırır, piy toxumasının parçalanmasını aktivləşdirir, immuniteti gücləndirir. Qanın tərkibini və qatılığını tənzimləyir, damarlara xolesterol çökməsinin qarşısını alır. Xaricə tətbiq olunduqda isə təbii antibakterial və iltihab əleyhinə təsir göstərir, yaraların və yanıqların müalicəsində effektiv vasitə hesab olunur. Miozitlər, mialgiyalar, nevritlər, artritlər və podaqra zamanı qızışdırıcı təsir göstərir, qan dövranını və iltihabın sorulmasını sürətləndirir. Saç köklərini gücləndirir, tökülmənin qarşısını alır. Dəri səpgilərini sağaldır, akne və civzələrin, kiçik qırışların yaranmasının qarşısını alır.
Əks-göstərişlər: xardal yağına qarşı fərdi həssaslıq, mədə və onikibarmaq bağırsaq xoraları, kəskin xoralı kolit, enterokolitlər.
İstifadəsi:
Daxilə: gündə 2-3 dəfə, hər dəfə 1 çay qaşığı yeməkdən əvvəl və ya sonra qəbul olunur. Xardal yağı salatların və soyuq qəlyanaltıların hazırlanmasında da istifadə olunur.
Xaricə: gündə 2 dəfə dərinin zədəli nahiyələrinə çəkilir. Kremlərin və kosmetik vasitələrin tərkibinə qatıla bilər, kosmetik maskaların, o cümlədən saç maskalarının hazırlanmasında istifadə oluna bilər. Miozitlərin və sellülitin müalicəsi zamanı masaj yağı kimi tətbiq oluna bilər.
Saxlanma şəraiti: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Saxlanma müddəti: 18 ay.
Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar