Description
Feminika Herba Flora şirkətinin qadınlarda tez-tez rastlanan aybaşı pozulmaları, ağrılı aybaşılar, sarı cisim çatışmazlığı ilə əlaqədar sonsuzluq, erkən menopauza, mastopatiyalar zamanı kompleks müalicə ilə yanaşı istifadə oluna bilən məhsuludur. Tərkibi:
- aslanpəncəsi, boymadərən,
- qarazirə, gülümbahar,
- mayasarmaşığı, istiotlu nanə
kimi faydalı bitkilərlə zəngindir. Feminika çayının tərkibindəki i bitkilər təbii steroidlərlə zəngin olduğu üçün endokrin vəzilərin funksiyasını tənzimləyir. Hormon sintezini, əsasən də progesteron ifrazını stimullaşdırır. Bununla menstrual sikli tənzimləyir. Mastopatiya zamanı şişin ölçülərini kiçildir və böyüməsinin qarşısını alır. Estradiol hormonunun ifrazını artıraraq qadınlarda erkən menopauzanın qarşısınıı alır. İstilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaldır.
Feminika çayı tərkibindəki qarazirə bitkisi hesabına qaraciyərin antitoksik funksiyasını aktivləşdirir. Toksinləri neytrallaşdırır. Qarazirə bitkisi həm də güclü enterosorbent olduğu üçün Feminika çayı qadınlarda intoksikasiya əlamətlərini aradan qaldırır. İmmun sistemi aktivləşdirir. Tərkibindəki gülümbahar, istiotlu nanə kimi antiseptik, antifunqal bitkilər sayəsində Feminika orqanizmin bakteriya və göbələklərə qarşı müqavimətini artırır. Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır. Ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır. Əziz qadınlar, Feminika qəbul edin, çayın yaratdığı möcüzələrə özünüz şahid olun!