Description
Dianat Herba Flora şirkətinin ishal əleyhinə şərbətidir. Tərkibi qızılağac qozası, nar qabığı, palıd qabığı, qara çörəkotu toxumu, dazıotu otu, istiotlu nanə yarpağının duru ekstraktlarından hazırlanır. Dianat şərbəti tam təbii, uşaqdan-böyüyə hər kəsin rahatlıqla istifadə edə biləcəyi məhsuldur. Şərbətin tərkibindəki qızılağac qozası, nar qabığı və qara çörəkotunun hesabına bağırsaqların selikli qişasına büzücü təsir göstərir. Nəticə etibarı ilə ishal zamanı orqanizmdən maye və mineral itirilməsinin qarşısını alır. Eyni zamanda şərbətin tərkibindəki nar qabığı ekstraktı hesabına bağırsaqlarda xəstəliktörədən mikroblara öldürücü təsir edir. Nəticdə isə. faydalı bakteriyaların yaşaması üçün əlverişli mühit yaradır.
Tam təbii bitki kombini olan Dianat şərbəti bitkilərin yüksək antiseptik, iltihabəleyhinə, yarasağaldıcı, qankəsici təsirləri hesabına ishalın qarşısını alır, toksinlərin qana sorulmasını ləngidir, qusmanı dayandırır, bağırsaq xoralarının sağalmasını tezləşdirir. Herba Flora istehsalı olan Dianat şərbətinin faydaları bununla da bitmir. Şərbətin tərkibinə daxil olan dazıotu otu, istiotlu nanə yarpağının duru ekstraktları diareya zamanı sancını azaldır, antidepressant təsir edərək ishal zamanı baş verən halsızlıq əlamətlərini aradan qaldırır. Həmçinin şərbət həm də ishallar zamanı iştahaçıcı, orqanizmi tonuslandırıcı təsir göstərir.
Müxtəlif etiologiyalı diareyalar, həmçinin virus diareyaları, enterokolitlər, ishalla müşayiət olunan disbakterioz, dizenteriya, salmonellyoz, eşerixioz və s. kimi bağırsaq infeksiyaları, qıcıqlanmış bağırsaq sindromu kimi xəstəliklər zamanı Herba Flora şirkətinin Dianat şərbəti ishalı dayandırmaq, xəstəni vəziyyətdən çıxartmaq üçün istifadə oluna bilən effektiv vasitələrdəndir. Şərbət yeməkdən əvvəl yaşa uyğun dozada daxilə qəbul olunur. Onu da qeyd edim ki, Dianat şərbəti təbii tərkibli olduğu üçün bağırsaq funksiyası bərpa olunana qədər uzunmüddətli istifadə oluna bilər.