DAŞƏRİDƏN. (Sidik daşları əleyhinə qıranul).
Tərkibi:
- Boyaqotu (Rubia tinctorum) kökünün duru ekstraktı
- İtburnu (Rosa canina) meyvəsinin duru ekstraktı
- Keşniş (Coriandrum sativum) toxumunun duru ekstraktı
- Qatırquyruğu (Equisetum arvense) otunun duru ekstraktı
- Qırxbuğum (Polygonum aviculare) otunun duru ekstraktı
- Ardıc (Juniperus communis) meyvəsinin duru ekstraktı
Köməkçi maddələr: laktoza, mannitol.
Farmakoloji təsiri: Qranulun tərkibində olan müalicəvi bitkilər sidikçıxarıcı yollarda olan müxtəlif tərkibli daşları və duz kristallarını demineralizasiya edir və orqanizmdən xaric olmasına köməklik göstərir. Sidiyin pH-nı tənzimləyərək duz kristallarının və daşların əmələ gəlməsinin qarşısını alır.
İstifadəsinə göstəriş: Sidikçıxarıcı yollarda müxtəlif tərkibli daşlar və kristallar (oksalat, urat, fosfat, karbonat) olduqda yardımçı vasitə kimi, daşəmələgəlmənin profilaktikasında istifadə olunur.
Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövründə, həmçinin 18 yaşa qədər şəxslərə əks göstərişlidir.
İstifadə qaydası: 1 desert qaşığı qranula 1-stəkan suda həll edilərək gündə 3 dəfə, yeməkdən sonra daxilə qəbul edilir. Müalicə müddəti 1 aydır.
İstehsalçı: HERBA FLORA