Məhsullar

Ərküdə Meyvəsi̇

Farmakoloji təsiri: Ərküdə meyvəsi prolaktin ifrazını azaldır, süd vəzilərində gedən fibrokistik proseslərin sorulmasına və siklik ağrı sindromunun aradan qalxmasına səbəb olur. Cinsi hormonların səviyyəsini tənzimləyir, sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual sikl pozulmalarını aradan qaldırır. Estradiol və progesteron arasındakı disbalansı tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər) azaldır, sonsuzluğun müalicəsində istifadə olunur. Ərküdə meyvəsi menopauza ilə əlaqəli hormonal disbalansı tənzimləyir.

İstifadəsinə göstəriş: Fibrokistik mastopatiya, hiperprolaktinemiya, menstrual sikl pozulmaları, predmenstrual, menopauza, sarı cismin hipofunksiyası ilə əlaqədar sonsuzluq.

Əks göstəriş: Hamiləlik və laktasiya dövrü, 12 yaşına qədər uşaqlar, menstruasiya dövrü, fərdi həssaslıq. Oral kontraseptivlərin təsir effektini azaldır.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra ilıq şəkildə qəbul edilir. Qəbul müddəti minimum 3 aydır.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Oxşar Məhsullar