fbpx
Close

Ənginar ( çiçək)

Tərkibi: sinarin flavonoidi, xlor, fosfor, natrium, kalium, maqnezium, kükürd, K, B9, C vitaminləri, beta-karotin, niasin, inulin.

Farmakoloji təsiri:

Qaraciyərin hüceyrə strukturunu bərpa edir, ödün əmələ gəlməsini və ifrazını sürətləndirir.

Qanda xolesterolun səviyyəsini normallaşdırır.

Qaraciyərin işinin pozulması ilə əlaqədar yaranan dəri problemlərində (deyrodermit, dermatitlər, dəri səpgiləri) faydalıdır.

Həzmi yaxşılaşdırır, köpün və qəbizliyin qarşısını alır.

Sidikqovucu təsir edir, böyrəklərin kasa-ləyən sistemi və sidik yollarında olan iltihabı, kristallaşmanı azaldır.

Əks-göstərişləri: südvermə dönəmi, 5 yaşa qədər uşaqlar, kəskin mədə-bağırsaq xəstəlikləri, hipotoniya.

İstifadəsi: 10 qram xammal 200 ml (1 stəkan) qaynar suda dəmlənir, soyudulur, gündə 2 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Uzun müddət qəbul oluna bilər.

Category: Product ID: 7931