Podaqra

Podaqra

Podaqra ətraf mühit və genetik faktorlar nəticəsində qanda sidik turşusunun artması (hiperurekemiya) ilə bağlı yaranan xəstəlikdir. Nəticədə natrium-monourat kristallarının çökmə yerində iltihab inkişaf edir. Podaqra köhnə xəstəliklərdən biri hesab olunur. Eramızdan əvvəl V əsrdə Hippokrat onu ayaqda kəskin ağrılarla gedən xəstəlik kimi təsvir etmişdir (yunanca “podos” – ayaq, “agra” – tələ sözlərindən gəlir). Leonardo da Vinçi, Makedoniyalı İskəndər, Florensiyalı Mediçi ailəsinin üzvləri, İsaak Nyuton, Çarlz Darvin kimi məşhur insanlar bu xəstəlikdən əziyyət çəkmişlər.

Məlumdur ki, insan orqanizmindəki purin əsasları sidik turşusuna qədər parçalanır, sonra böyrəklər vasitəsilə xaric olur. Qanda sidik turşusunun konsentrasiyası normanı keçdikdə o, oynaqlar, böyrəklər və yumşaq toxumalarda natrium-monourat kristalları şəklində çökür. Nəticədə artrit yaranır, oynaqların bükücü səthlərində formasiyalar, kənarlarında çıxıntılar (tofus) əmələ gəlir. Urat nefropatiyası şəklində böyrək zədələnməsi inkişaf edir və sidik daşları yaranır. Çox vaxt podaqra xəstəliyi 30-60 yaşlı kişilərdə inkişaf edir. Qadınlarda isə daha az və əsasən, postmenopauza dövründə inkişaf edir. Podaqra xəstəliyinin əsas səbəblərindən biri də bir sıra dərmanların (tiazid diuretikləri, aspirin – gündə 2 q, siklosporinlər və s.) qəbuludur. Onun simptomlarının üzə çıxmasına səbəb olan xəstəliklər: ürəyin işemik xəstəliyi (ÜİX), arterial hipertenziya, metabolik sindrom, xroniki böyrək çatışmazlığı, bəzi qan xəstəlikləri. Podaqranın inkişafı orqan transplantasiyası və rentgen müayinələri zamanı kontrast maddənin tətbiqi ilə də sürətlənə bilər. Purin əsasları ilə zəngin olan qidalardan həddindən çox istifadə bu xəstəliyin inkişafına təhrik edə və ağırlaşdıra bilər: yağlı ət və balıqlar, spirt, qazlı içkilər, yumurta, şokolad, göbələklər və s.

Podaqranın növləri


Birincili və ikincili podaqra arasında fərq vardır. Birincili podaqra hallarının 99%-dən çoxu idiopatik adlanır. Bu, o deməkdir ki, hiperurekemiyanın səbəbi məlum deyil. Birincili poddaqra genetik, hormonal və pəhriz faktorlarının birləşməsinin nəticəsidir. İkincili podaqra dərman müalicəsi və ya bədəndə metabolik pozğunluqlara səbəb olan digər amillərdən qaynaqlanır. Bu, adətən bir oynağın, daha çox barmaq falanqaarası, topuq və ya diz artritinin tez-tez kəskinləşməsi ilə müşahidə olunur. Adətən artrit kəskinləşməsi səhər erkəndən və ya gecə, tam sağlam ikən inkişaf edir. Müəyyən bir oynaqda şiddətli ağrı şəklində özünü göstərir. Təsirə məruz qalan oynaq şişir, oynaq bölgəsində temperatur yüksəlir, dəri qırmızı olur və parlamağa başlayır. Ağrı, adətən gün ərzində azalır, lakin gecə yenidən güclənir. Podaqra kəskinləşməsinin müddəti iki gündən bir həftəyə qədər, bəzən daha çox davam edir. İkinci kəskinləşmədə digər oynaqlar belə iltihabda iştirak edə bilər. Podaqranın uzunmüddətli kursu ilə oynaqların bükücü səthlərində sidik turşusu kristallarının sərbəst buraxılması ilə açıla bilən tofuslar əmələ gəlir. Bu zaman xəstədə olduqca güclü ağrı yaranır. Podaqranın müalicəsində təbii vasitə kimi TeartrozUralitin çaylarından istifadə edilir.

https://fizulihuseynov.com/

https://herba-flora.com