Meteorizm haqqında.

Meteorizm haqqında.

Meteorİzm.

Meteorizm – qarnın köpməsi, gəyirmə və bağırsaq sancıları ilə müşayiət olunan həzm traktında qazların toplanması halıdır. Qazların bağırsaqlarda 1000 ml-dən çox toplanması artıq patoloji hal hesab olunur və meteorizm adlanır. Lakin meteorizm ayrıca bir nozoloji vahid olmayıb, həzm sistemi orqanlarının müxtəlif patologiyaları zamanı müəyyən olunan simptomdur.

Səbəblər.

Meteorizmin daha çox rast gəlinən səbəbi paxlalılar və kələm kimi nişasta və ya sellüloza ilə zəngin qidaların yeyilməsi olsa da, laktozaya qarşı dözülməzlik olduğu halda südün içilməsi, mədəaltı vəz və öd kisəsi xəstəlikləri ilə əlaqədar olaraq öd və həzm fermentlərinin kifayət qədər ifraz olunmaması da həzmin pozulmasına və köpün əmələ gəlməsinə səbəb olur. Bağırsaqların normal mikroflorasının pozulması, atoniya və infeksion xəstəliklər səbəbindən bağırsaq peristaltikasının zəifləməsi də qazların normadan artıq toplanması ilə nəticələnir. Bağırsaqlarda qazların normal miqdarda əmələ gəlməsinə baxmayaraq köpün yaranması halı atoniyadan başqa bağırsaq ilgəklərinin şişlə tutulması zamanı baş verir. Nadir hallarda psixogen amillərin təsiri, məsələn isteriya zamanı olduğu kimi meteorizmin əmələ gəlməsinə səbəb olur. Meteorizmin xalq təbabəti üsulları ilə müalicəsi olduqca yaxşı nəticə verir.

Zəncəfil.
Yeməkdən yarım saat sonra qəbul edilən 1/4 çay qaşığı zəncəfil tozu və ya 2 kiçik dilim təzə zəncəfil kökü həzmi yaxşılaşdırır və köpün qarşısını alır.

Nanəli qarışıq.
2 hissə istiotlu nanə yarpaqları, hərəsindən 1 hissə razyana toxumları və pişikotunun kökləri ilə qarışdırılır, qarışıqdan 2 çay qaşığı 1 stəkan qaynar suda dəmlənir, süzüldükdən sonra gündə iki dəfə yarım stəkandan qəbul olunur.

Meteonat.
Gündə 3 dəfə hər yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı Meteonat şərbəti qəbul olunur.

Sarımsaq tozu və ya Nat-Sarımsaq.
Xırda doğranıb qurudulmuş sarımsaq üyüdülür və gündə 2 dəfə yeməkdən sonra çay qaşığının ucunda qəbul edilir. Və ya 1 ədəd Nat-Sarımsaq kapsulu gündə 1-2 dəfə yeməkarası qəbul olunur.

Çay kombini.
2 filtr-bağlama Teaxolin çayı və 1 filtr-bağlama Şüyüd çayı eyni stəkanda qaynar suda dəmlənir, alınan dəmləmə yeməkdən yarım saat əvvəl içilir.

http://fizulihuseynov.com/

https://herba-flora.com